Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Harrisdən Trampa: "Putin səni naharda yeyər"

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp noyabr seçkisindən əvvəl ilk və bəlkə də yeganə seçkiqabağı televiziya debatlarını keçiriblər...

Oxu.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, debatlar "ABC News"un canlı yayımında baş tutub.

Müzakirənin ilk hissəsi iqtisadiyyata həsr olunub. Aparıcı "Amerikalıların dörd il əvvəlkindən daha yaxşı yaşadığına inanırsınızmı?" deyə soruşub.

Harris ilk cavab verərək imkanlar iqtisadiyyatı qurmağı planlaşdırdığını söyləyib. O, mənzil qiymətləri problemini həll etməyi, gənc ailələrə və kiçik biznesə kömək etməyi vəd edib.

Tramp deyib ki, demokratlar dörd il ərzində iqtisadiyyatı məhv ediblər və Harris sadəcə Co Baydenin iqtisadi proqramını kopyalayıb.

"Marksist" Harris

Tramp Kamala Harrisi "marksist" adlandıraraq, onun fəaliyyətini atasının - Stenford Universitetinin keçmiş iqtisadçısının işi ilə əlaqələndirməyə çalışıb.

"Əgər o nə vaxtsa seçilsə, hər şeyi dəyişəcək. Bu, ölkəmizin sonu olacaq. O marksistdir, hamı bilir ki, o marksistdir. Atası iqtisadiyyat sahəsində marksist professordur və onu yaxşı öyrədib", - Tramp deyib.

Harris Trampa müraciət edərkən və onun bəyanatlarını şərh edərkən bir neçə dəfə "rüsvayçılıq" sözündən istifadə edib.

"Dünya liderləri Donald Trampa gülürlər. Mən hərbi rəhbərlərlə danışmışam, onların bəziləri sizinlə işləyiblər və onlar deyirlər ki, siz üzqarasısınız", - Harris keçmiş prezidentə tərəf çevrilərək deyib.

"Putin sizi "naharda yeyər"

Reklam fasiləsindən sonra söhbət Ukraynada münaqişəyə keçib.

Tramp bildirib ki, müharibə dayandırılmalıdır və o buna nail ola bilər. O, bir daha təkrarlayıb ki, bunu vəzifəyə başlamazdan əvvəl (əgər seçkilərdə qalib gəlsə) etmək niyyətindədir.

Onun sözlərinə görə, o, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenskini yaxşı tanıyır və onlar ona hörmət edirlər.

"Onlar mənə hörmət edirlər, Baydenə isə yox. Ona nəyə görə hörmət etsinlər ki?" - deyə Tramp bildirib.

Harris cavabında Trampa xatırladıb ki, seçkilərdə Baydenlə yox, onunla mübarizə aparır .

"NATO-dakı müttəfiqlərimiz sizin artıq prezident olmadığınıza görə çox minnətdardırlar. Əgər Donald Tramp prezident olsaydı, Putin indi Kiyevdə oturub Polşadan başlayaraq Avropanın qalan hissəsinə göz qoyardı", - deyə Harris bildirib.

"Putin elə diktatordur ki, sizi (Trampı) naharda yeyər", - deyə Harris əlavə edib.

Debatlar zamanı namizədlər həmçinin abortlar, miqrasiya, Kapitoliyaya hücum, Həmas-İsrail müharibəsi məsələlərinə də toxunublar.

Poliqon.info


Etiket: Harris Tramp


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay