Bazar, 13 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baku TV”nin çəkdiyi film nüfuzlu festivalın qalibi olub

"Baku TV"nin çəkdiyi “Söz” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən, hər dəfə mindən artıq ekran əsərinin göndərildiyi “Accolade Global Film Competition”nin qalibi olub...

"Report" xəbər verir ki, IMDB tərəfindən təsdiqlənən “Accolade Global Film Competition” dünyanın ən yaxşı 25 film festivalından biri hesab olunur.

21 ildir davam edən festivalda zaman-zaman dünyaca məşhur aktyorlar, film prodüserləri, rejissorlar və ssenaristlər qalib olublar. Mükafatçılar sırasında Ridli Skott, Maykl Duqlas, Killian Merfi, Erik Roberts kimi dünyaca məşhur şəxsləri misal göstərmək olar.

Bu nüfuzlu film festivalının qalibi olan "Baku TV"nin çəkdiyi “Söz” qısametrajlı sənədli ekran əsəri TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısının həyat hekayəsindən bəhs edir. Filmdə hər şey qəhrəmanın öz dilindən səslənir. Onun müharibəyəqədərki, 44 gün boyunca və Zəfərdən sonra keçirdiyi hisslər, psixoloji durum həm də bütövlükdə Azərbaycan xalqının ümumiləşdirilmiş obrazı kimi əks olunur.

“Accolade Global Film Competition”nin qalibi olan ekran əsərinin rejissoru "Baku TV"nin əməkdaşı Leyli Məhhərəmdir. Sənədli filmin Azərbaycanda təqdimatı keçirildikdən sonra izlənmək üçün tamaşaçıların ixtiyarına veriləcək.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - Yenilənib

Hacıqabulda leysan nəticəsində 300-dən çox ev su içində qalıb - Foto, Video, Yenilənib

27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Hizbullah üçün peycerləri İran şirkəti alıb - Ölkə qarışdı…

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb - Yenilənib

Zakir Həsənov şərti sərhəddə revanşist qüvvələrin təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmağı tapşırıb

XİN: Erməni əsilli hərbi cinayətkarların azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil

Azərbaycan ilə Küveyt arasında bir neçə sahədə əməkdaşlığa dair müqavilələr imzalanacaq

Azərbaycan XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir

Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Erməni işğalçıların viran qoyduğu Füzuli: Dirçələn şəhər - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay