Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 8 ayda illik inflyasiya açıqlandı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101.3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100.1 %, qeyri-qida məhsulları üzrə 101.3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103 % təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103.5 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 103 %, qeyri-qida məhsulları üzrə 101.8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105.6 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.4 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 % təşkil edib.

Avqustda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun, azalma isə unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1 % olub. Qeyri-qida mallarından daha çox artım kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101.3 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən xalçaların yuyulması xidmətinin, internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, azalma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar