Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsində 3 seçki məntəqəsində seçkinin nəticələri etibarsız sayılıb

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən REAL partiyasından namizədliyi qeydə alınmış REAL Partiyasının sədri İlqar Məmmədovun müraciətinə baxılıb...

Poliqon xəbər verir ki, müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.

MSK üzvü bildirib ki, o həmin dairənin müxtəlif seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib: “Müraciət araşdırılıb. İlqar Məmmədov seçki günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutusuna topa bülleten atıldığını, protokolların nüsxəsi istənilsə də, təqdim edilmədiyini, məntəqə sədrlərinin protokolları vermədən getdiyini və s. pozuntuları qeyd edərək dairə üzrə nəticələrin ləğv edilməsini istəyib. Dairə seçki komissiyası qərarını onunla əsaslandırıb ki, qanun pozuntuları təsdiqini tapmayıb. Sənədlər təkrarən araşdırılıb, digər namizədlərdən, müxtəlif namizədləri təmsil edən müşahidəçilərdən izahatlar alınıb. Səsvermə günü seçki dairəsi üzrə 2, 14, 20 saylı seçki məntəqələri istisna olmaqla mübahisələndirilən digər məntəqələrində pozuntular qeydə alınmayıb. Qeyd edilən 2, 14, 20 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvi üçün hüquqi əsas yaranıb”.

MSK üzvü əlavə edib ki, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 3, seçki dairəsində olan ümumi seçki məntəqələrinin sayı 32-dir. Buna görə də həmin dairə üzrə seçkilərin nəticələrinin ləğvi üçün əsas yaranmayıb.

Təklif səsə qoyularaq qəbul edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb

Ən çox oxunanalar