Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

78 saylı Lənkəran Kənd Seçki Dairəsində 2 məntəqədə seçkinin nəticələri etibarsız sayılıb

78 saylı Lənkəran Kənd Seçki Dairəsindən namizəd Əzizov Əzizxanın müraciətinə baxılıb...

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Bəxşeyiş Əsgərov deyib.

O bildirib ki, bir sıra seçki məntəqələrində qanun pozuntuları olub: “Seçki günü müşahidəçilərinə maneələr yaradıldığını, seçki qutusuna topa bülleten atıldığını, protokolların nüsxəsi istəsə də, təqdim edilmədiyini və s. bu kimi problemləri qeyd edərək dairə üzrə seçkinin nəticələrinin ləğv edilməsini istəyib. Dairə seçki komissiyası qərarında qanun pozuntularının olmadığını əsas gətirərək müraciəti təmin etməyib. Biz isə təkrarən müraciəti araşdırmışıq. Həmin dairədən daha 2 namizəddən də pozuntularla bağlı izahat almışıq. Səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsindən yayımlanmış görüntülərə də baxılıb. Bizə təqdim edilən elektron daşıyıcıda isə prezident seçkilərində olan görüntü əksini tapıb. Müəyyən edilib ki, seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla mübahisələndirilən digər seçki məntəqələrində seçicilərin iradəsinə mane olan hallara rast gəlinməyib. Təklif edirəm ki, müəyyən edilmiş qanun pozuntularına görə qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilsin".

Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, səsvermənin nəticələri üzrə etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 2, ümumi seçki məntəqələrinin sayı 53-dür. Buna görə 78 saylı seçki dairəsi üzrə bütün nəticələrin ləğv edilməsi üçün hüquqi əsas yaranmır.

Təklif olunub ki, buna görə də müracətçinin müraciəti qismən təmin edilməli və 78 saylı seçki dairəsindən 29 və 32 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

Təklif səsə qoyularaq qəbul edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşüb

Ən çox oxunanalar