Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Analitiklər: Neft ucuzlaşması ABŞ və Aİ-yə müsbət təsir göstərə bilər

Ekspertlərin fikrincə, neftin qiymətinin düşməsi qlobal iqtisadiyyata, xüsusən də ABŞ və Avropa İttifaqına müsbət təsir göstərə bilər...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Aşağı enerji xərcləri inflyasiyanı yavaşlatmağa kömək edir və Qərb mərkəzi banklarına pul siyasətini yumşaltmaq üçün qapını açır. Bloomberg Economics-in SHOK modeli göstərir ki, neftin qiymətinin bir barel üçün 60 dollara enməsi 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində ABŞAvropada inflyasiyanı 0,4 faiz bəndi azalda bilər. Çin üçün isə təsir yarısı qədər olacaq.

Neft qiymətləri zəif tələb və artıq təklif fonunda 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Agentliyin məlumatına görə, Brent markalı neftin qiyməti son iki ildə ilk dəfə bir barel üçün 70 dollardan aşağı düşüb. "JPMorgan Chase" və "Citigroup" analitikləri 2025-ci ilə qədər bir barel üçün 60 dollara qədər daha da azalacağını proqnozlaşdırırlar.

Avropa Mərkəzi Bankı (AMB) bu həftə kimi faiz dərəcələrini endirməyə hazırlaşır və ABŞ Federal Ehtiyat Sistemi (FED) tezliklə yumşaltma dövrünə başlaya bilər.

"Yumşaq eniş ehtimalı həm Avropada, həm də ABŞ-da artacaq", deyə Londondakı "Legal & General Investment Management"in iqtisadiyyat rəhbəri Tim Drayson.

Həftənin əvvəlində analitiklər yaxın gələcəkdə Brent markalı neftin qiymətinin 60 dollar/barelə qədər azalacağını proqnozlaşdırırdılar. Aparıcı treyderlər "Trafigura" və "Gunvor" istehsal və istehlak arasındakı balanssızlığı pisləşdirə biləcək Çin və ABŞ-da artıq təklif və zəif tələblə bağlı narahatlıqlarını artırıblar.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar