Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları COP29 görə Azərbaycana gələcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) üçün Bakıya BMT-nin Nyu-York, Cenevrə, Vyana, Nayrobi kimi müxtəlif qərargahlarından 100 nəfərdən çox peşəkar təhlükəsizlik xidməti əməkdaşı gətiriləcək...

Bunu "Report"a müsahibəsində BMT-nin Baş Qərargahında Təhlükəsizlik Xidməti rəisinin müavini Kevin O’Hanlon deyib.

O bildirib ki, konfrans zamanı müxtəlif zonalar olacaq:

"BMT-nin zonası mavi zona olacaq, bu zonada təhlükəsizliyə BMT məsuliyyət daşıyacaq və mən həmin zonada xidmət göstərəcəyəm. Buraya BMT-nin Nyu-York, Cenevrə, Vyana, Nayrobi kimi müxtəlif qərargahlarından 100 nəfərdən çox peşəkar təhlükəsizlik xidməti əməkdaşı gətiriləcək və biz mavi zonada təhlükəsizliyi təmin edəcəyik".

K.O’Hanlonun sözlərinə görə, məkan daxilində hökumətin təhlükəsizlik xidməti əməkdaşları, eləcə də özəl təhlükəsizlik işçiləri ilə bir komanda yaradılacaq:

"Bu komandada minə yaxın insan olacaq. Bundan başqa, yaşıl zona mövcud olacaq. Azərbaycan hökumətinin təhlükəsizlik xidmətləri həmin zonadan məsul olacaqlar, onlar həm də hava limanında, hotellərdə təhlükəsizlik təminatına cavabdeh olacaqlar. Yəni təhlükəsizlik hərtərəfli bir plandır və müşahidələrimə əsasən, bu plan çox irəliləmiş vəziyyətdədir. Mən isə onun kiçik bir hissəsi olan mavi zonaya cavabdehəm".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Ən çox oxunanalar