Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WikiLeaks: Assanc Britaniya həbsxanasından azad edilib

London Ali Məhkəməsi 2019-cu ildən bəri Londonun Belmarş həbsxanasında saxlanılan “WikiLeak” portalının qurucusu Culian Assancı zaminə buraxıb...

Poliqon portala istinadən xəbər verir ki, “WikiLeaks” nümayəndələri Assancın həyat yoldaşı və uşaqlarının olduğu Avstraliyaya getdiyini bildiriblər. Təşkilat jurnalistin ABŞ Prokurorluğu ilə sövdələşmənin bağlandığını təsdiqləyib.

“Bu, mətbuat azadlığı müdafiəçiləri, qanunvericilər və BMT-yə qədər müxtəlif siyasi spektri təmsil edən liderləri əhatə edən qlobal kampaniyanın nəticəsidir. Bu, ABŞ-ın Ədliyyə Nazirliyi ilə uzunmüddətli danışıqlara şərait yaradıb və bu, hələ rəsmi olaraq tamamlanmamış sövdələşməyə səbəb olub. Biz ən qısa zamanda əlavə məlumat verəcəyik”, “WikiLeaks”in X sosial şəbəkəsindəki səhifəsində qeyd olunub.

ABŞ prokurorluğu ilə razılaşmanın bir hissəsi olaraq Assancın milli müdafiə ilə bağlı məlumat əldə etmək və açıqlamaq üçün sui-qəsddə günahını qismən etiraf etdiyi və buna görə 26 iyunda ABŞ Prokurorluğunun tələbi ilə 18 ittihamdan birinə görə 62 ay həbs cəzası alması gözlənilir. Razılaşmaya əsasən, jurnalist London həbsxanasında yatdığı 5 il müddəti bu həbs üçün hesablanacaq.

Xatərladaq ki, “WikiLeaks” 2006-cı ildə Culian Assanc tərəfindən təsis edilmiş və məxfi məlumatların dərci üzrə ixtisaslaşmış vebsaytdır. 2010-cu ildə sayt İraq və Əfqanıstandakı münaqişələrlə bağlı materiallar dərc edib. Birləşmiş Ştatlar jurnalisti məxfi məlumatı açıqlamaqda və onu əldə etmək üçün sui-qəsddə 18 maddə ilə ittiham edib. Bu ittihamlarla onu 175 il həbs cəzası gözləyirdi.

2012-ci ilin iyun ayından Culian Assanc Ekvadorun Londondakı səfirliyinin ərazisində yaşayıb. 2019-cu ilin aprelində Ekvador onu diplomatik sığınacaqdan məhrum edib. Bundan sonra “WikiLeaks”in yaradıcısı Britaniya polisi tərəfindən saxlanılıb və sonra Belmarş həbsxanasına köçürülüb. O vaxtdan bəri o, ABŞ-a ekstradisiya ilə mübarizə aparmağa çalışır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - Foto, Video

Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək

Medvedev sülh danışıqları ilə bağlı Ukraynaya xəbərdarlıq edib

Ən çox oxunanalar