Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Azərbaycanın yeniyetmə cüdoçusu Cəsur İbadlı (73 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb...

"Report"un Sofiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı 1/4 finalda Yahor Talaka (AİN) ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn İbadlı yarımfinala yüksəlib.

Daha əvvəl Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq) və Səlim Soltanov (66 kq) məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

***

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatında növbəti görüşlərini keçiriblər.

"Report"un Sofiyaya ezam olunan əməkdaşı xəbər verir ki, Cəsur İbadlı (73 kq) ikinci qarşılaşmasında da qalib gəlib.

O, Ermənistan təmsilçisi Tiqran Sabukhanyandan üstün olub.

Səlim Soltanov (66 kq) və Aytən Verdiyeva (57 kq) isə uduzublar.

Daha əvvəl Vüsalə Hacıyeva və Aysun Məmmədova (hər ikisi 52 kq) məğlubiyyətə üzülüblər.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışda 19 idmançı ilə təmsil olunur. Ötən gün 9 cüdoçudan ikisi medal qazanıb. Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) bürünc mükafat əldə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ən çox oxunanalar