Bazar ertəsi, 01 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini vurğulayıb

Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb...

XİN-dən Poliqon-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə AzərbaycanErmənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əlaqələr və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti görüşdə qeyd olunub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb.

Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin, Konstitusiyaya dəyişik edilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Ən çox oxunanalar