Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşların vəsaitlərini hansı valyutada saxlamaları barədə mühüm tövsiyələr

Yastıqaltı pulunuzdan narahatsınızsa, yaxın durun...

Böhran şəraitində əmanətlərinizi hansı valyutada saxlayacağınız barədə düşünməyə dəyər. Neftin qiyməti düşdüyündən və valyutamızın məzənnəsi karbohidrogen ixracından əldə olunan gəlirlə müəyyən olunduğundan, manatı yalnız orta müddətə sabit bir valyuta adlandırmaq olar. Əhali, adətən əmanətlərini dollarla saxlayır, lakin dünya ehtiyat valyutasının məzənnəsi öz reytinqini itirməyə başlayıb.

İqtisadçı-ekspert Azər Mehdiyevin AYNA-ya şərhinə görə, valyuta seçimi insanın məqsədlərindən və qənaət pulunun hansı müddətə hesablanmasından asılıdır: “Vətəndaşlar uzun müddətə pul yığmağı düşünürlərsə, təbii ki, onları xarici valyutaya - qismən dollara və qismən avroya yatırmaq vacibdir. Mən əmanətləri milli valyutada saxlamamağı qətiyyətlə tövsiyə edirəm. Əmanət ehtiyatlarını, hətta qısa müddətə hesablamısınızsa, yenə də əmanət portfelini şaxələndirmək lazımdır. Yəni, bir insanın məqsədi yalnız pul yığmaq deyil, bundan faiz də qazanması lazımdır”.

Həmsöhbətimiz deyib ki, Azərbaycanda milli valyuta hələ də sabitdir, Mərkəzi Bank manatın dollara nisbətini saxlayır: “İnanıram ki, ilin sonuna qədər manatın dollar qarşısında kotirovkaları dəyişməyəcək, bunun bir sıra səbəbləri var. Dollar milli valyutaya qarşı sabitdir, avro isə dəyişir. Buna görə də, əsasən pulu avroda saxlamaq daha yaxşıdır. Bir daha təkrar edirəm ki, pulun saxlanılması üçün ən məqbul variant - qənaət edilən məbləğin qismən avro, digər hissəsinin dollarla olmasıdır. Bunlar sabit valyutalardır və gələcəkdə onların başına gözlənilməz bir şey gələcəyini düşünmürəm”.

Bu arada, Amerika valyutası uzun müddətdir ki, digər pul vahidlərinə nisbətdə sərbəst düşüşdədir. Dollar ən çox avroya nisbətən dəyər itirir. Görünən odur ki, dəyişkənlik üzərində pul qazanmaq üçün imkanlar açılır, lakin mütəxəssislər vətəndaşlara valyuta oyunlarına girişməməyi tövsiyə edirlər.

Bank və maliyyə mütəxəssisi Əkrəm Həsənov AYNA-ya bildirib ki, , son vaxtlar avronun dollar qarşısında bahalaşma tendensiyası müşahidə olunur: “Bu tendensiya, əslində ABŞ-dakı siyasi vəziyyətlə, qarşıdakı prezident seçkiləri, ABŞ-a Avropadan daha çox zərbə vuran pandemiyaya əsaslanır. Bütün bunlar təbii ki, qeyri-müəyyənlik yaradır. Digər tərəfdən, Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsindəki azalma investorların ABŞ-ın qiymətli kağızlarına investisiya yatırmasını o qədər də sərfəli etmir. Yuxarıda göstərilən faktorları nəzərə alsaq, avroya qoyulan investisiyalar sərfəli görünür, amma İsveçrə frankına və hətta, yapon yeninə edilən investisiyalar daha sərfəlidir”.

Bununla yanaşı, mütəxəssis vətəndaşlara məsləhət görür ki, perspektivləri proqnozlaşdırmaqda çətinlik çəkdikləri bir sıra iqtisadi və siyasi amillərdən asılı olaraq, qeyri-sabit bazarda valyuta oyunları oynamasınlar: “İnsanların pul ehtiyatına gəldikdə, məncə, pul qazanmaq yox, pulunuzu qoruyub saxlamaq daha yaxşıdır. İdeal seçim - əmanət portfelinizi avro, dollar, ola bilsin, frank və funt sterlinq arasında şaxələndirməkdir. Ölkəmizdə ən çox yayılmış xarici valyuta avro və dollardır və bu səbəbdən də əmanət portfelini 50/50 prinsipinə görə bölmək optimaldır və ya 60/40 nisbətində istifadə edə bilərsiniz”.

“Eyni zamanda, kimsə müəyyən bir valyutadan daha çox saxlamaq istəsə, yenə də dollara üstünlük verərdim. Çünki çox güman ki, ABŞ-dakı prezident seçkilərindən sonra nisbi sabitlik yaranacaq, amma Avropanın perspektivləri tam aydın deyil. Avropa, Birləşmiş Ştatlardan fərqli olaraq, monolit deyil. Avropa İttifaqı ölkələri arasında ziddiyyətlər var, bəziləri çox zəngindir, bəziləri son dərəcə kasıb, miqrasiya axını ilə bağlı problemlər, geosiyasi qeyri-sabitlik və s. var”, - Həsənov vurğulayıb.

Bu vəziyyətdə qənaət pulları qorumaq istəyi üstünlük təşkil etməlidir. Söhbət növbəti altı aylıq xərcləri ödəyəcək məbləğdən artıq müəyyən qədər pul saxlmaq istəyən insanlardan gedir. Ekspert hesab edir ki, mövcud ehtiyat pul yalnız altı aylıq xərcləri qarşılayırsa, onda bu məbləği milli valyutada saxlamaq daha yaxşıdır: “İndi qeyri-stabil olan gəlirlər azalır və sabah yenidən milli valyutaya ehtiyac ola bilər. Avro və dolları yenidən manata dəyişdirmək isə baha başa gəlir. Əgər bir insanın altı aylıq xərclərini ödəyəcək qədər pulu varsa, yalnız bundan sonrakı əlavə məbləği əlbəttə ki, xarici valyutada saxlanıla bilər. Hətta, tövsiyə olunur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Xidmət rəisi: Hazırda Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir

Ən çox oxunanalar