Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuela Vaşinqtonu "Boeing 747-300"ü oğurlamaqda ittiham edir

Venesuela hökuməti ABŞ və Argentina hakimiyyətini "Boeing 747-300" təyyarəsini "oğurlamaqda" ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil Pinto bildirib.

Nazirin sözlərinə görə, ABŞ və Argentina mülki aeronavtikanı tənzimləyən bütün normaları kobud şəkildə pozub.

Xarici işlər naziri Venesuelanın təyyarənin "oğurlanmasına" qəti, birbaşa və mütənasib cavab veriləcəyini vurğulayıb. Bu məqsədlə Karakas milli konstitusiya, diplomatiya və beynəlxalq hüquq çərçivəsində bütün mümkün vasitələrdən istifadə edəcək və təyyarənin qanuni sahibinə qaytarılmasına nail olacaq.

2022-ci il iyunun əvvəlində Venesuela şirkətinə məxsus təyyarə yanacaq doldurmaq üçün yerə endikdən sonra Argentinada saxlanılıb. Argentina hakimiyyəti Vaşinqtonun təkidi ilə təyyarəni ələ keçirib.

2024-cü ilin fevral ayının əvvəlində Birləşmiş Ştatlar Venesuelanın Essequibo bölgəsinin mülkiyyəti ilə bağlı davam edən mübahisə səbəbindən yüngül tanklar, patrul katerləri və zirehli personal daşıyıcılarını neftlə zəngin Qayana ilə sərhədə daşıdığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay