Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meymunçiçəyi ilə bağlı yeni həyəcan təbili: Hansı halda və əsasən kimlər yoluxa bilərlər?

Son günlər dünya mediasında meymunçiçəyi virusunun yayılması ilə bağlı həyəcan siqnalı verilir...

Belə ki, Afrikada meymunçiçəyi səbəbilə sağlamlıq üçün fövqəladə vəziyyət elan edilməsi və bunun Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiqlənməsi, eləcə də Avstraliyanın cənub-şərqində yerləşən və ölkənin ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Nazirliyinin meymunçiçəyinə yoluxanların sayının kəskin artdığını elan etməsi müəyyən suallar yaradıb.

Görəsən, meymunçiçəyinə yoluxma hansı hallarda baş verə bilər, ilkin simptomları nədir? Ölkəmizdə yayılma ehtimalı neçə faiz ola bilər? Bu virusa yoluxanlarda ölüm riski nə qədərdir? Peyvəndi varmı?

Oxu.Az-ın suallarını cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi ki, meymunçiçəyi ("mpox") - viruslu zoonozdur, yəni heyvanlardan insanlara keçən virusdur

"Onun əlamətləri təbii çiçək xəstəliyinə oxşardır, lakin kliniki olaraq daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir.

Virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir.

Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur".

Həkim bildirib ki, heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir:

"İnsandan insana ötürülmənin isə, ilk növbədə, iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır.

Virusa yoluxmanın gizli dövrü, adətən, 5-21 gündür. Beş günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli başağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq xəstəlikləri əlamətlərinə rast gəlir.

Qızdırmadan bir-üç gün sonra təbii çiçəyi xatırladan xarakterik qovuqcuqlu səpgilər yaranır - üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir".

Ölüm hallarının tezliyinə gəlincə, infeksionist bildirib ki, bu göstərici 0-10% arasında dəyişir, əsasən, risk qrupları arasında (kişikyaşlı uşaqlar, hamilə qadınlar, immunitet çatışmazlığı olan şəxslər) rast gəlinir.

"İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar olunması və təcrid edilməsidir.

Məlumat verildiyi kimi, ölkəmizdə meymunçiçəyi ("mpox") infeksiyasına yoluxma halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə, hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır", - Təyyar Eyvazov bildirib.

Səhiyyə Nazirliyinin mütəxəssisi vurğulayıb ki, meymunçiçəyi virusunun laboratoriya müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları ölkəmizə gətirilib:

"Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə isə bunlar az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır".

Xatırladaq ki, 2022-ci ilin əvvəllərindən dünyada meymunçiçəyinə yoluxma halları ilə bağlı məlumatlar yayılmağa başlayıb. Bir müddət sonra artıq virusdan ölüm hallarının baş verdiyi də açıqlanıb Azərbaycan meymunçiçəyi virusunu müəyyən edən testlərin əldə edilməsi üçün 2022-ci il mayın 31-də ÜST-yə müraciət ünvanlayıb. 2022-ci il iyunun 23-də ÜST meymunçiçəyini pandemiya elan edib. Meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin sona çatdığını isə beynəlxalq qurum 2023-cü il mayın 11-də bəyan edib.

Poliqon.info


Etiket: Meymunçiçəyi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay