Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Gümrüdəki hərbi bazasından hərbiçiləri Kurska göndərə bilər?

İddia edilir ki, Rusiya Gümrüdəki hərbi bazasından hərbiçiləri Kursk vilayətinin müdafiəsinə göndərə bilər...

Politoloq: “Bu gün Kreml üçün Rusiyanın ərazi bütövlüyünü təmin etmək, Ermənistanda hərbi varlığını davam etdirməkdən daha vacibdir”.

“Kreml sahibi üçün bu gün ən öndə vəzifə Cənubi Qafqazdakı son hərbi bazasını saxlamaqla, burada tənbəllik basan hərbçilərini istirahətini davamına şərait yaratmaq deyil, imicinə dəydiyi zərbədən qurtulmaq və ərazi bütövlüyünü təmin etməkdir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın Gümrüdəki hərbi bazasından hərbiçiləri Kursk vilayətinə göndərmək iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Erməni mətbuatında belə iddialar səsləndirilir ki, Rusiya Gümrüdəki hərbi bazasından hərbiçiləri Kursk vilayətinin müdafiəsinə göndərə bilər.

Bu iddiaların reallaşmasına ehtimal vermək olar və bu həm də Rusiyanın Cənubi Qafqazda kifayət qədər zəiflətməzmi? Eyni zamanda, Putini Rusiyada səfərbərlik elan etməkdən çəkindirən hansı səbəblərdir?

Mövzunu Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Putin Gümrüdəki hərbi bazanı qapadıb hərbçilərini Rusiyanın ərazi bütövlüyünün təmininə cəlb etməklə Paşinyanın Qərblə hərbi yaxınlaşmasını sürətləndirmiş olar”.

Kremlin Ukraynanın şərq cəbhəsindəki silahlı birliklərini Kursk istiqamətinə göndərməyə risq etmədiyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu halda Ukraynaya öz ərazisini azad etmək üçün əks-həmlə imkanı yaranacaq:

“Əvvəla qeyd edim ki, Azərbaycanən ən böyük istəyi Rusiyanın Qarabağdakı hərbi kontingentinin Azərbaycan ərazisini tərk etməsi idi. Bu vaxtından əvvəl baş verdi, çünki Rusiyaya Ukraynaya qarşı müharibədə hər hərbiçiyə və zirehli texnikaya ehtiyacı var idi.

Məncə, Ermənistanın baş naziri Nikol Paşinyanın və onun hökumət üzvlərinin də oxşar arzusu var: Rusiya Gümrüdəki hərbi bazasını qapadaraq hərbçilərini Kursk ətrafındakı döyüşlərə göndərsin. Müxtəlif mənbələrə görə, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında 5 minə yaxın hərbçisi, onlarla ağır zirehli texnikası var. Kreml Ukraynanın şərq cəbhəsindəki silahlı birliklərini Kursk istiqamətinə göndərməyə risq etmir. Çünki bu halda Ukraynaya öz ərazisini azad etmək üçün əks-həmlə imkanı yaranacaq.

Kremlə Kursk istiqamətində əlavə qüvvələr lazımdır. Putin Gümrüdəki hərbi bazanı qapadıb hərbçilərini Rusiyanın ərazi bütövlüyünün təmininə cəlb etməklə Paşinyanın Qərblə hərbi yaxınlaşmasını sürətləndirmiş olar.

Düşünürəm ki, Kreml sahibi üçün bu gün ən öndə vəzifə Cənubi Qafqazdakı son hərbi bazasını saxlamaqla, burada tənbəllik basan hərbçilərini istirahətini davamına şərait yaratmaq deyil, imicinə dəydiyi zərbədən qurtulmaq və ərazi bütövlüyünü təmin etməkdir. Bu gün Kreml üçün Rusiyanın ərazi bütövlüyünü təmin etmək, Ermənistanda hərbi varlığını davam etdirməkdən daha vacibdir”.

Nərminə UMUDLU
Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Ən çox oxunanalar