Bazar, 28 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: son dörd həftədə dünyada koronavirusdan ölüm halları 17 faiz azalıb

Bu dövrdə ən çox yoluxma halları Koreya Respublikasında aşkarlanıb - 462 726 nəfər...

Aprelin 24-dən mayın 21-dək dünyada təxminən 2,3 milyon insan koronavirus infeksiyasına yoluxub, 15 minə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib.

“Report” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiologiya bülleteninə istinadla xəbər verir ki, ölüm hallarının sayı əvvəlki 28 gündəki ilə müqayisədə 17 faiz, yoluxma hallarının sayı 21 faiz azalıb.

ÜST-nin məlumatına görə, dörd həftə ərzində dünyada koronovirusla bağlı 2 290 351 yoluxma və 14 985 ölüm faktı qeydə alınıb.

Bu dövrdə ən çox yoluxma halları Koreya Respublikasında aşkarlanıb - 462 726 nəfər. Sonrakı yerləri ABŞ (256 909), Yaponiya (164 367), Braziliya (146 105) və Avstraliya (125 992) tutur.

Aprelin 24-dən mayın 21-dək koronavirusdan ən çox ölüm ABŞ-da qeydə alınıb - 4 135 nəfər. Sonrakı yerlərdə Braziliya (1 206), Fransa (810), İspaniya (745) və Rusiya (663) qərarlaşıb.

Poliqon.info


Etiket: ÜST koranavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərhəddəki uğursuzluqdan sonra ermənilər “Artsrunu işə salıblar” - Foto

“Anadolu Hospital”ın direktoru Azərbaycandan çıxarkən tutuldu

Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlandı 

Evə görə nənəsini öldürüb zibilliyə atdı: Bakıda qandonduran cinayətin detalları - Foto

Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu - Video 

Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara işgəncə verdi

Azərbaycanda saxlanılan iki erməni diversanta cinayət işi açılıb, onlar istintaqa cəlb edilib

İranın Güney Azərbaycanı parçalamaq siyasəti - Video

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə cavab - Yenilənib

Ən çox oxunanalar