Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST Qəzza zolağının ən böyük xəstəxanasının xidmətlərini qismən bərpa edib

Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifanın xidmətlərini qismən bərpa edib...

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "X" hesabında paylaşımında bildirib.

Onun sözlərinə görə, nəhayət ki, iki həftədən sonra ÜST komandası və tərəfdaşları bu gün Qəzzanın şimalındakı Əl-Şifa xəstəxanasına gələ biliblər. Onlar 1000 nəfər travmalı və 100 nəfər böyrək dializ xəstəsini əhatə edəcək 9300 litr yanacaq və tibbi ləvazimat çatdırıblar.

"Komandamız əvvəllər Qəzzanın əsas xəstəxanası olan Əl-Şifanın xidmətlərini bərpa etdiyini bildirib.
- 60 tibb işçisi
- 40 çarpayılıq cərrahiyyə və tibb şöbəsi
- təcili yardım şöbəsi
- 4 əməliyyat otağı
- əsas təcili mamalıq və ginekoloji xidmətlər
- məhdud hemodializ bölməsi
- minimal laboratoriya xidmətləri
- əsas radiologiya xidmətləri

Əl-Şifada xidmətlərin qismən bərpası o deməkdir ki, yanacaq sərfiyyatı xeyli yüksəkdir və tibbi ləvazimatlara ehtiyac artır.

ÜST və tərəfdaşlar tibbi ləvazimatların, yanacağın, qidaların və suyun çatdırılmasını davam etdirmək üçün davamlı və təhlükəsiz girişə ehtiyac duyur.

Biz bir daha israr edirik ki, səhiyyə qorunmalı, heç vaxt hədəfə alınmamalı və ya hərbiləşdirilməməlidir", - ÜST-ün baş direktoru vurğulayıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun baş tutacaq

Ən çox oxunanalar