Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna MN: "Nikolayevdə Rusiyanın 20 texnikası və döyüş sursatu anbarı məhv edilib"

Rusiya ordusu şimal istiqamətində aktiv əməliyyat həyata keçirməyib. Slobojanski istiqamətində düşmən Xarkov şəhəri yaxınlığındakı yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında qeyd olunub.

Bildirilib ki, qarşı tərəf İzyum istiqamətində PUA-lar vasitəsilə hava kəşfiyyatı aparır: “Onlar bu yolla qoşunlarımızın mövqelərini dəqiqləşdirirlər. Bir neçə yaşayış məntəqəsində üç körpü partladılıb. Bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına mane olmaq üçündür. Donetsk və Tavriya istiqamətlərində düşmən təmas xətti boyunca artilleriya atəşini davam etdirir. Əməliyyat-taktiki aviasiya vasitələrilə qoşunlarımızın mövqelərinə raket-bomba zərbələri endirilir. Mariupol şəhərində müdafiə qüvvələrinin Azovstal rayonundakı bölmələrinin mühasirəsi davam edir. Cənub Buq istiqamətində düşmən artilleriya qurğularından istifadə etməklə qoşunlarımızın mövqelərini atəşə tutub. Rusiya ordusu Nikolayev şəhərinin mülki infrastrukturunu raketlərdən və çoxsaylı reaktiv yaylım atəşindən atəşə tutub”.

Vurğulanıb ki, Nikolayev vilayətinin İvano-Kepin qəsəbəsində qarşı tərəfin döyüş sursatu anbarı və 20 texnikası məhv edilib: “Müvəqqəti işğal olunmuş Xersonda keçid məntəqələrinin və səyyar patrulların sayı artırılıb. Son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 14 PUA-sı, 3 tankı, 8 artilleriya sistemi, 7 zirehli döyüş maşını, 1 avtomobili, 3 mühəndis texnikası məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 8 hava hücumu dəf edilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Sabiq səfirin keçmiş xanımı yenidən həbs edilib: Şəmsiyyə Bəylərqızı nədə ittiham edilir? 

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda... - Nazirlər Kabinetindən qərar

Dövlət qulluqçularının ömürlük müavinətinin hansı halda dayandırılacağı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay