Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkmənləri ərzaq aldıqlarına görə cərimələyirlər

Türkmənistanda polis əməkdaşları ölkənin paytaxtı Aşqabadın dövlət mağazalarından ərzaq alan region sakinlərini cərimələməyə başlayıblar

Bu barədə “Türkmənistan ronikası” portalı məlumat yayıb.

Mənbə bildirir ki, ölkənin regionlarında mağazalara ərzaq təchizatı ilə vəziyyət Aşqabaddakına nisbətən çox çətindir və buna görə də, əyalət sakinləri qida məhsulları almaq üçün paytaxta üz tuturlar. Lakin Aşqabaddan gedən yollarda regionlara məxsus dövlət nömrə nişanlı avtomobil görən polislər maşını saxlayır və baxış keçirirlər.

Əgər maşında Aşqabadın dövlət mağazalarından alınmış ərzaq olarsa, hüquq-mühafizə orqanı əməkdaşları bildirirlər ki, bu qadağandır və cərimə ödənilməlidir. Maraqlıdır ki, qadağa ilə bağlı heç bir rəsmi əmr, yaxud sərəncam göstərilmir və cərimə ödənildikdə qəbz verilmir.

Saytın əməkdaşı ilə söhbətində Aşqabaddan 370 kilometr aralıda yerləşən Marı şəhərinin sakini deyib ki, paytaxtdan evə gedən yolda onu iki dəfə saxlayıblar. Bildirdiyinə görə, maşında iki qutu bitki yağı olduğu üçün onu cərimələyiblər. Lakin əyalət sakini yalnız bir dəfə cəriməni ödəyə bilib. “İkinci cəriməyə pulum qalmamışdı, əsəbiləşib yağları yerə atdım və sürüb getdim”, - o söyləyib.

Mənbə əlavə edir ki, növbəti qadağa yuxarı təşkilatların şifahi göstərişi, yaxud da yol polisinin sürücülərdən pul qoparması üçün yeni bəhanəsi ola bilər.

Daha öncə məlumat verilmişdi ki, Türkmənistan sakinləri ölkənin bəzi regionlarında ərzaq çatışmazlığı üzündən ölkəni tərk etməyə başlayıblar.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Hesabı ödəməyən müştəri “Oliqarx Baku”nun icarədarını döyübmüş

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay