Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə “Pəncə-Qılınc” əməliyyatı zamanı Suriya hava məkanına daxil olmayıb

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyada günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb...

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqSuriyada terrorçuların bazalarına endirilən zərbələr zamanı Suriya hava məkanına daxil olmayıb.

“Report” xəbər veirr ki, bu barədə CNN Türk məlumat yayıb.

Qeyd olunub ki, “Pəncə-Qılınc” adı altında xüsusi antiterror əməliyyatı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox təyyarə və 20 pilotsuz təyyarənin iştirakı ilə həyata keçirilib.

Zərbələr PKK/KCK/YPG və digər terrorist qüvvələrinin sığınacaqlarına, bunkerlərinə, mağaralarına, tunellərinə və anbarlarına endirilib. Əməliyyata artilleriya bölmələri də cəlb olunub.

Qeyd edək ki, antiterror əməliyyatının gedişatını Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler izləyib. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əməliyyada günahsız insanlara və ətraf mühitə zərər verməmək üçün bütün lazımi tədbirlər görülüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay