Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp cəriməsini ödəmək üçün milyon ədəd ayaqqabı satmalıdır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York məhkəməsinin təyin etdiyi cəriməni ödəmək üçün öz brendinin bir milyon cüt ayaqqabısını satmalıdır...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Newsweek” yazır.

Nəşr Nyu-Yorkun hakimi Artur Enqoronun Trampa 355 milyon dollar cərimə ödəməsi və ştatda 3 il müddətinə biznes fəaliyyətinin qadağan edilməsi barədə qərarını şərh edib. Jurnalistlər cəriməni ödəmək üçün biznesmenin özünün “Never Surrender High-Tops” markalı ayaqqabısının qiymətləri ilə müqayisə edərəkbelə qənaətə gəliblər ki, Tramp brend ayyaqabılarının ən bahalı variantın 889 min cütünü və ya daha ucuz variantın 1,7 milyon cütünü satmalıdır.

“Newsweek” həmçinin ştatın vəkili Letitia Ceyms istinadla yazıb ki, Tramp cərimənin faizi ilə birlikdə 450 milyon dollar ödəyəcək. Qeyd olunur ki, bunun üçün iş adamı təxminən 2,26 milyon cüt idman ayaqqabısı satmalı olacaq.

Qeyd edək ki, fevralın 16-da Nyu-York məhkəməsi Trampı dələduzluqda təqsirli bilib və ona 355 milyon dollar cərimə ödəməyə məcbur edib. Trampın iki oğlu Donald və Erik də təqsirli bilinərək 4 milyon dollar ödəməyə məhkum ediliblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar