Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran Məhkəməsi ABŞ-ın İrana 313 milyon dollar təzminat ödəməsinə qərar verib

İran məhkəməsi Ayətullah Xomeyninin məqbərəsində İŞİD tərəfindən törədilən terror aktlarına görə Corc Buş və Barak Obamanı günahkar hesab edib...

İranda məhkəmə ABŞ-ın keçmiş prezidentləri Barak ObamaCorc Buş da daxil olmaqla 9 şəxs və qurumu 2017-ci ildə İran parlamenti və Ayətullah Xomeyninin məqbərəsində törədilən terror aktlarında rol oynadıqlarını əsas gətirərək, 312,9 milyon dollar təzminat ödəməyə məhkum edib.

Poliqon xəbər verir ki, Tehran Mülki Məhkəməsində baxılan işdə ABŞ-ın keçmiş prezidentləri Barak ObamaCorc Buş, ABŞ Silahlı Qüvvələrinin istefada olan generalı Tommi Rey Franks, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Mərkəzi Komandanlıq (CENTCOM), Maliyyə Nazirliyi, texnologiya şirkəti "Lockheed Martin" və Amerika Hava Yolları Qrupu da daxil olmaqla 9 şəxs və qurumun İŞİD kimi terror qruplarının təşkilatlanması və idarə olunmasında fundamental rolu olduğu səbəbilə günahkar bilinib.

Qərara əsasən, ABŞ İrana ümumilikdə 312 milyon 950 min dollar məbləğində təzminat ödəməlidir. ABŞ İrana mənəvi ziyana görə 104 milyon dollar, maddi ziyana görə isə 199 milyon dollar məbləğində təzminat ödəməlidir. Sözügedən terror hadisələrində ölənlərin ailə üzvlərinə isə 9 milyon 950 min dollar verməlidir.

Qeyd edək ki, 7 iyun 2017-ci ildə İŞİD tərəfindən İran parlamenti və Ayətullah Xomeyninin məqbərəsində törədilən terror aktı zamanı 12 nəfərin ölüb, 43 nəfər yaralanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

Ən çox oxunanalar