Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Gözəl: "Bütün Azərbaycan xalqı gözəl futbola tamaşa etdi"

"Bütün Azərbaycan xalqı gözəl futbola tamaşa etdi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Cəbəllütariq təmsilçisi “Linkoln”a 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner səfərdəki oyunun (2:1) çox ağır keçdiyini bildirib: "Futbolçuların orada necə səylə çalışdığını gördüm. Son dəqiqələrdəki qol olmasaydı, məyus olacaqdım. Bu gün öz meydanımızda idik. Bəhlul Mustafazadənin qolu Avropa futbolu səviyyəsində idi. Bunu yerli oyunçumuzun vurması mənə ayrı zövq verdi. Bu qələbə hamımızı sevindirir. Gözəl motivasiya ilə yolumuza davam edəcəyik".

Klub rəhbəri II təsnifat mərhələsində rəqibləri olan Polşanın "Rakuv" komandası haqqında da danışıb: "Daha əvvəl üç dəfə bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişik və hamısından qalib ayrılmışıq. Artıq Avropada zəif klub yoxdur. Bu qitədə 1000-dən çox komanda var və onların arasında ən yaxşıları bu turnirdə mübarizə aparırlar. Rəqibimiz güclüdür. Polşa mətbuatı yazır ki, "Qarabağ" kabusu qayıdır. Mən də səfərdəki oyunda olacağam. Bu əzmdə gedərək Bakıya qələbə ilə qayıtmaq niyyətindəyik".

Tahir Gözəl bu gün üçün transfer planlaşdırılmadığını diqqətə çatdırıb: "Kevin Medinanın Türkiyənin "Rizespor" klubuna keçidi baş tutsa, onun yerinə oyunçu ala bilərik. Yerli klubların güclənməsi də bizi sevindirir. Onların qarşısında daha güclü "Qarabağ" var. Avrokubokda bacardığımız qədər irəli getmək istəyirik".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay