Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial yardıma edilən dəyişiklik aztəminatlı ailələr üçün yeni nə vəd edir?

Bu dəyişikliklər nə vəd edir və bundan sonra sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığı artacaq?.. 

“Kommunal xərclərdə limitin artırılması ilə sosial yardıma aztəminatlı ailələrin əlçatanlığının artırılmasını təmin etmək mümkün olacaq”.

“Ünvanlı sosial yardım alan əhali üçün kommunal xidmətlərdə limitin artırılmasına çox böyük ehtiyac var idi”.

Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna ediləcək dəyişikliyi PİA.az-a şərh edərək qeyd edib.

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı qaydalarda dəyişikliklər layihələri hazırlanıb.

Belə ki, hazırkı qanunvericiliyə görə, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda ünvanlı sosial yardımın təyin olunmasından elektron sistem tərəfindən avtomatik imtina edilir. Yeni layihələrdə həmin limitin artırılması yer alıb.

Bununla bərabər, layihələrdə ailə tərkibində baş vermiş dəyişikliyə və buna görə məlumat verilməməsinə görə yardım təyinatındam imtina edilməməsi və ya ödənilən yardımın dayandırılmaması, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması və ailənin sosial yardım hüququna maneə yaratmaması və s. əksini tapır. Həmçinin ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayının azaldılması, müvafiq məlumatların aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi nəzərdə tutulub.

Bu dəyişikliklər nə vəd edir və bundan sonra sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığının artacaqmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Pərviz Heydərova müraciət edib.

Pərviz Heydərov: “Kommunal xərclər elə xərc növüdür ki, əhalinin xərcləri arasında daha həssas xarakter daşıyır”.

Dövlət tərəfindən sosial müdafiənin təşkili üçün həyata keçirilən yardımdan belə xarakterli addımların daha böyük üstünlük təşkil etdiyini vurğulayan iqtisadçı bildirib ki, çünki bu cür addımlar dövlət və sözü gedən əhali üçün həm səmərəli olur, həm də daha effektiv xarakter daşıyır:

“Kommunal xərclərdə limitin artırılması ilə sosial yardıma aztəminatlı ailələrin əlçatanlığının artırılmasını təmin etmək mümkün olacaq. Bildiyimiz kimi kommunal xərclər əhalinin ümumi xərcləri içərisində ən mühim yer tutur. Həm də kommunal xərclər elə xərc növüdür ki, əhalinin xərcləri arasında daha həssas xarakter daşıyır.

Buna görə də ünvanlı sosial yardım alan əhali üçün kommunal xidmətlərdə limitin artırılmasına çox böyük ehtiyac vardı. Bu həmin qrup əhalinin sosial müdafiəsini daha da gücləndirilməsi baxımından çox mühim bir amildir.

Onu da qeyd edim ki, dövlət tərəfindən sosial müdafiənin təşkili üçün həyata keçirilən yardımdan bu xarakterli addımların daha böyük üstünlüyü var. Çünki bu cür addımlar dövlət və sözü gedən əhali üçün həm səmərəli olur, həm də daha effektiv xarakter daşıyır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay