Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Skripalı zəhərləyən Ruslan Bəşirov kimdir? – Sensasiyalı faktlar

İngiltərənin rusiyalı keçmiş agent Sergey Skripalı zəhərləməkdə ittiham etdiyi Rusiya hərbi kəşfiyyatının polkovniki Anatoli Çepiqa (Ruslan Bəşirov) ilə bağlı yeni fakt üzə çıxıb

Ruslan Bəşirov Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçi Rusiyaya qaçırmaqda ittiham edilir.

Ukraynanın "Xromadske" telekanalı Ruslanın qaçırılma əməliyyatını icra etdiyini bildirib: "O, xüsusi təyinatlı qüvvələrlə birlikdə Yanukoviçin Mejiqorye rayonundakı malikanəsini mühafizə edirdi. Kiyevdə ara qarışdıqdan sonra Yanukoviçi əvvəlcə Krıma, sonra da Rusiyaya apardılar".

Telekanal buna görə, Ruslan Bəşirova "Rusiya qəhrəmanı" medalının verildiyini iddia edib. Ruslanla yanaşı, qaçırılma əməliyyatlarında Rusiya Prezidenti Vladmir Putinin keçmiş mühafizəçisi, Tula vilayətinin qubernatoru Aleksey Dyuminin də iştirak etdiyi diqqətə çatdırılıb.

Telekanal yaxın günlərdə Viktor Yanukoviçin Ukraynadan çıxarılması ilə bağlı araşdırmanın təqdim ediləcəyini açıqlayıb.

Bir müddət əvvəl İngiltərənin "Bellingcat" Araşdırmalar Mərkəzi Sergey və Yuliya Skripalların zəhərlənməsində ittiham edilən iki şübhəlidən birinin kimliyinin təsbit edildiyini bildirib.

"Bellingcat" Ruslan Bəşirov ləqəbi ilə tanına şəxsin əsl adının Anatoli Çepiqa olduğunu açıqlamışdı.(teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Ən çox oxunanalar