Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seymur Talıbov üzə çıxdı: "Əvvəllər başda oturardı, indi isə..." - Foto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun kiçik oğlu Seymur Talıbov cəmi bir dəfə görüntülənmiş, Naxçıvan şəhərində çəkilmiş qısa videosu mediada yayılmışdı. Seymur Talıbov bu günlərdə yenidən üzə çıxıb.

Poliqon.info TNS-ə istinadən xəbər verir ki, kiçik Talıbovun yaxınları ilə birlikdə çəkdirdiyi fotoşəkil sosial şəbəkələrdə paylaşılıb.

Tanınmış jurnalist Heydər Oğuz həmin fotonu öz sosial şəbəkə hesabında paylaşaraq maraqlı şərh yazıb: “Xan" erası bitməmişdən əvvəl xanzadə Seymur əfəndi hansı məclisdə olursa olsun, həmişə yuxarı başda oturardı. İndi isə onu masanın yan tərəfinə atıblar. Masanın başında isə bacanağı Hümbət və sürücüsü Həsən oturub. Dağıl, ay dünya! Vəzifədən düşən kimi insanı sürücü belə arxa plana keçirir”.

Həmin fotoşəklin necə və nə məqsədlə yayıldığı dəqiq məlum deyil. Güman edilir ki, Seymur Talıbov bununla cəmiyyətə nəsə mesaj ötürmək istəyib.

Poliqon.info


Etiket: Seymur Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar