Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask Maduronu “bığlarını ütməklə” hədələyib

Amerikalı sahibkar və iş adamı İlon Mask Venesuela hakimiyyətinin ölkədəki X sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq qərarından sonra Nikolas Maduronun “bığlarını ütmək” üçün “kosmik lazer”dən istifadə edəcəyini bildirib...

Poliqon xəbər verir ki, iş adamı bu barədə X sosial şəbəkəsində fikirlərini bölüşüb.

Qeyd edək ki, onlayn istifadəçilər sahibkardan Venesuela hakimiyyətinin X sosial şəbəkəsini bağlamaq qərarına cavab vermək üçün nə edəcəyini soruşublar.

“Biz onun bığını kosmosdan yandıracağıq!”, deyə Mask cavabında yazıb.

Xatırladaq ki, Maduro X sosial şəbəkəsinin ölkə qanunlarını dəfələrlə pozduğunu bildirib və bu səbəbdən sosial şəbəkənin ölkədəki fəaliyyətinin 10 gün müddətinə dayandırılacağını bəyan edib.

Venesuela prezidenti vurğulayıb ki, sosial şəbəkə nifrət, faşizm, vətəndaş müharibəsi, venesuelalılar arasında qarşıdurmanı qızışdırır.

Maduro əlavə edib ki, Milli Telekommunikasiya Komissiyasının (Conatel) təklifini imzalayıb və sosial şəbəkənin Venesuelada fəaliyyətini 10 gün müddətinə qapatmaq qərarına gəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Deputatın rektor olduğu universitet cərimələnir

Ən çox oxunanalar