Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 24-cü pillədə qərarlaşıb...

Poliqon-nun məlumatına görə, hələlik komandanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.

Ukrayna (3 qızıl, 3 gümüş, 4 bürünc) 15-ci, İran (2 qızıl, 2 gümüş, 2 bürünc) 21-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 35-ci, qardaş ölkə Türkiyə (2 gümüş, 3 bürünc) 60-cı, Ermənistan (2 gümüş, 1 bürünc) 62-ci sıradadır.

İlk "üçlük"də ABŞ (30 qızıl, 38 gümüş, 35 bürünc), Çin (29 qızıl, 25 gümüş, 19 bürünc) və Avstraliya (18 qızıl, 14 gümüş və 13 bürünc) yer alıblar.

Hələlik 85 ölkə mükafat əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Ən çox oxunanalar