Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna ABŞ-dan Rusiyaya qarşı ATACMS-dan istifadə etməyə icazə istəyib

Ukrayna rəsmiləri ABŞ-dan Rusiya aerodromlarına zərbələr endirmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verməyi xahiş ediblər...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti məlumat yayıb. Nəşr Ukrayna prezidentinin adı açıqlanmayan müşavirinə istinad edir. Söhbət Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumuna cavab vermək üçün istifadə olunan aerodromlardan getdiyi aydınlaşdırılır. Kiyevə görə Vaşinqton raketlərin istifadəsinə icazə verərsə, Ukrayna Rusiya ilə danışıqlar aparmaq üçün lazım olan təsir rıçaqlarını əldə edəcək.

Qeyd edək ki, ATACMS 300 km-ə qədər uçuş məsafəsi olan yer-yer tipli idarə olunan raketdir. Raket bir çox buraxılış raket sistemlərindən atəşlənir. Mart ayında ABŞ gizli şəkildə bir neçə ATACMS raketini Ukraynaya ötürdü.

Xatırladaq ki, avqustun 6-dan etibarən Rusiyanın Kursk vilayətinin Sudja və Korenevski rayonlarında döyüşlər davam edir. Bölgədə fövqəladə vəziyyət elan edilib, 3 minə yaxın sakin təxliyə edilib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna Silahlı Qüvvələrinin Sudja rayonunu ələ keçirmək istədiyini iddia edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Ən çox oxunanalar