Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya kəşfiyyatı iki həftə əvvəl Ukrayna ordusunun gözlənilən hücumundan xəbərdar olub

Rusiya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə gözlənilən hücumu barədə iki həftə öncədən məlumatlı olub, lakin ölkənin hərbi rəhbərliyi bu məlumatlara məhəl qoymayıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ukraynanın hücum hazırlığı ilə bağlı prezident Vladimir Putinə məlumat verilməyib. Baş Qərargah rəisi Valeri Gerasimov da kəşfiyyat məlumatlarına məhəl qoymayıb.

Bloomberg-in mənbəsi bildirib ki, Putin, çox güman ki, 12 ildən artıqdır Baş Qərargaha rəhbərlik edən və Müdafiə Nazirliyində aparılan genişmiqyaslı “təmizləmələrə” baxmayaraq, vəzifəsində qalan Gerasimovu işdən çıxarmağa cəsarət etməyəcək. Nəşr yazır ki, bununla belə, çoxsaylı ordenlərin sahibi, ən yüksək ordu rütbəsi (ordu generalı) sahibi 68 yaşlı Gerasimovla bağlı Kremlin səbri tükənir.

Qeyd edək ki, çərşənbə günü Gerasimov prezidentə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləyişinin “dayandırıldığını” bildirərək, Kurs vilayətində Ukrayna hərbçilərinə qaçılmaz “məğlubiyyət” vəd edib. Lakin buna baxmayaraq Ukrayna ordusu hazırda nəzarət etdiyi razilərdə möhkəmlərnir.

Gerasimovun hesabatından bir gün sonra Ukrayna Silahlı Qüvvələri sərhədyanı ərazilərdə nəzarət zonasını genişləndirərək 400 kvadratmetrdən çox ərazini ələ keçirib. Sudja şəhəri və Rusiya qazının Mərkəzi Avropadakı son müştərilərinə (Avstriya, Macarıstan və Slovakiya) çatdırıldığı qazpaylama stansiyası Ukrayna ordusunun nəzarətinə keçib. Ən azı 40 rus əsgəri, o cümlədən çağırışçılar, eləcə də sərhədçilər Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Kəşfiyyatın xəbərdarlıqlarına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin gözlənilməz hücumu rus generallarını təəccübləndirib. Bloomberg yazır ki, rus qoşunları zəif hazırlıqlı olub və ilkin olaraq Ukrayna qüvvələrinə praktiki olaraq heç bir müqavimət göstərməyib.

Cümə axşamına olan məlumata görə, Kursk vilayətində azı 20 yaşayış məntəqəsi artıq Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Deputatın rektor olduğu universitet cərimələnir

Ən çox oxunanalar