Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meksika prezidenti Putinin həbsini istisna edib

Meksika prezidenti Andrés Manuel Lopez Obrador bildirib ki, Vladimir Putin oktyabrda Meksikanın növbəti prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak etsə, hakimiyyət orqanları onu həbs edə bilməyəcək...

Poliqon xəbər verir ki, Putinin həbsinə dair orderi Meksikanın da üzvü olduğu Beynəlxalq Cinayət Məhkəməsi (ICC) verib.

Obrador inauqurasiyaya dəvətlərin Meksikanın diplomatik əlaqələri olan bütün ölkələrin rəhbərlərinə göndərildiyini təsdiqləyib.

Qeyd edək ki, jurnalistlər Obradordan soruşublar ki, Rusiya prezidenti Meksikaya səfər edərsə, BCM-nin orderi əsasında həbs oluna bilərmi?

“Biz bunu edə bilmərik, bu bizim işimiz deyil” deyə Meksika prezidenti mətbuat konfransında cavab verib.

Obrador xatırladıb ki, Meksika Rusiya və Ukraynaya razılığa gəlməyi təklif edib.

“Biz müharibənin əleyhinəyik, biz sülh tərəfdarıyıq. Bir vaxtlar mən Hindistanın baş naziri Modinin, Papanın və BMT-nin baş katibinin çağırılmasını təklif etmişdim ki, onlar əlaqə qura bilsinlər və müharibəni dayandırmaq üçün razılaşma axtarışına başlasınlar”, deyə Obrador vurğulayıb.

Xatırladaq ki, BCM Putinin həbsinə order verib. Məhkəmənin fikrincə, Rusiya prezidenti Ukraynadan “əhalinin (uşaqların) qanunsuz deportasiyası ilə bağlı hərbi cinayətlərə” görə məsuliyyət daşıya bilər. BCM-ə qoşulduqda ratifikasiya etdikləri Roma Statutunun üzvü olan dövlətlərdən orderin icrası tələb olunur. Rusiya prezidenti bu il həm də BCC üzvü olan Braziliyanın sədrliyi ilə keçirilən G20-nin noyabr sammitinə dəvət olunub. Braziliya prezidenti Lula da Silva bildirib ki, səfərinin nəticələrini Vladimir Putin özü dəyərləndirməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar