Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sentyabrdakı itkilərimiz apreldəkindən üç dəfə çox oldu” - Erməni hərbi ekspert

Azərbaycanın Ermənistanla razılaşma əldə edilməsinə ciddi ehtiyacı yoxdur. Çünki üstün mövqedədirlər. Onlar indi daha böyük ərazilərə nəzarət edirlər. Onlar yeni ərazilərə nəzarət edəndən sonra bir müddət danışıqlar aparırlar. Sonra yenə də ərazilər tuturlar. Ona görə də, qarşıda yeni müharibənin olacağını istisna etmirəm”.

PİA.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan bildirib.

Ekspertin sözlərinə görə, bu ilin sentyabrında Ermənistan tərəfinin insan və ərazi itkiləri 2016-cı ilin aprelində verdiyi itkilərdən 3 dəfə çox olub.

“44 günlük müharibədən dərhal sonra dedim ki, bu, yeni müharibənin başlanğıcıdır və ya növbəti müharibənin yeni mərhələsidir. Azərbaycana ciddi zərbələr endirməsək dayanmayacaq. Azərbaycanın hazırda danışıqlara ehtiyacı yoxdur. Geniş ərazilər onların nəzarətindədir. Mühüm ərazilər, yüksəkliklər, İrana gedən yollar türklərin əlindədir”, - Vrtanesyan deyib.

Onun sözlərinə görə, vəziyyəti diplomatik yolla dəyişmək üçün ilk növbədə iqtisadi, hərbi və siyasi potensialı inkişaf etdirmək lazımdır: "Beynəlxalq təcrübə göstərir ki, birinci tərəf özünü qoruya bilmirsə, hətta sülhməramlı qüvvələr də bir tərəfi digər tərəfdən qoruya bilməz. Bəs onda Aİ-nin mülki missiyası Azərbaycanı necə dayandıracaq? Atəş açılan kimi onlar təxliyə olunacaqlar".(Teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay