Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ prezidenti: Putin azad xalqın iradəsini qırmağa çalışır...

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə raket zərbəsi endirib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiyanın Poltavaya 50-dən çox insanın ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnən raket hücumu ilə bağlı açıqlama verib.

“Mən bu dəhşətli hücumu qətiyyətlə pisləyirəm. Bu hücum Putinin azad xalqın iradəsini qırmaq üçün iyrənc cəhdlərini davam etdirməsinin faciəvi xatırlatmasıdır”, deyə Bayden bildirib.

Bayden qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna ilə yanaşı durmağa və ona hava hücumundan müdafiə sistemləri də daxil olmaqla hərbi yardım göstərməyə davam edəcək.

Qeyd edək ki, çərşənbə axşamı səhər saatlarında Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə raket zərbəsi endirib, Rabitə İnstitutunun binalarından biri qismən dağıdılıb.

Son məlumatlara görə, 51 nəfər ölüb, 271 nəfər yaralanıb. Zərbə iki ballistik raketlə endirilib.

Ukrayna Quru Qoşunlarının bəyanatında deyilir ki, zərbə nəticəsində onlarla hərbçi həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay