Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senat liderlərinin bəyanatı: Ukrayna 2024-cü ilə qədər ABŞ-dan yardım gözləməməlidir

Konqresdəki hər iki partiyanın müzakirəçiləri Ağ Evin Ukraynaya ayrılan vəsaitin artırılması ilə bağlı müraciətinə baxmazdan əvvəl Respublikaçıların ölkədə sərhəd təhlükəsizliyinin gücləndirilməsi tələbləri üzərində həftələrdir mübahisə edir...

Danışıqlar dalana dirəndikdən sonra Senatda Demokratlar və Respublikaçılar Partiyasının azlıqlarının liderləri Çak Şumer və Mitç Makkonel birgə bəyanatda təsdiqləyiblər ki, Ukraynaya yeni hərbi və maliyyə yardımı paketi 2023-cü ilin sonuna qədər qəbul edilməyəcək, çünki danışıqlar yanvarda - bayramlardan sonra davam etməli olacaq.

Poliqon Ukraynanın "Unian" nəşrinə istinadən xəbər verir ki, qanunvericilərin fikrincə, ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyi ilə bağlı ikitərəfli danışıqlar "həvəsləndirici irəliləyiş" əldə edir. Onlar qeyd ediblər ki, "mürəkkəb problemlərə" baxmayaraq, Senat Ukrayna, İsrail və Tayvana yardımla yanaşı, sərhəd probleminin həlli yollarını axtaracaq.

"Senat bu milli təhlükəsizlik çağırışlarını cavabsız qoymayacaq. Müzakirəçilər qalan məsələlər üzərində işlədikcə, ümid edirik ki, onların səyləri Senata yeni ilin əvvəlində milli təhlükəsizlik əlavəsi ilə bağlı çevik tədbirlər görməyə imkan verəcək", deyə senatorlar bildiriblər.

Şumer və Makkonel vurğulayıb ki, müzakirəçilər və Ağ Ev 2023-cü ilin qalan hissəsində razılaşma üzərində işləməyə davam edəcəklər.

Financial Times-ın məlumatına görə, əlavə danışıqları gələn aya təxirə salmaq qərarı o deməkdir ki, danışıqlar müxtəlif dövlət qurumlarının bağlanmasının qarşısını almaq üçün Konqresin təyin etdiyi 19 yanvar və 2 fevral tarixləri ilə üst-üstə düşə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar