Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahib Alıyev anons verdi: Həbslər 2-3 nəfərlə məhdudlaşmayacaq...

Deputat: “Rüşvətxor məmurlar təkcə işdən azad edilməyəcək, həm də qanun qarşısında cavab verəcəklər”...

Dekabrin 18-dən başlayaraq iri çaplı məmurların rüşvət və korrupsiya ittihamı ilə həbs olunması xəbəri ölkə gündəmini zəbt edib. Tanınmış jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı Sahib Alıyev baş verən həbslərlə bağlı sosial şəbəkədə paylaşdığı şərhində bu həbslərin davam edəcəyi anonsunu verib. PİA.az Sahib Alıyevin şərhini təqdim edir:

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünənki xəbərdarlığı və həbslər göstərir ki, tutulan vəzifəlilərin sayı 2-3 nəfərlə məhdudlaşmayacaq, rüşvətxor məmurlar təkcə işdən azad edilməyəcək, həm də qanun qarşısında cavab verəcəklər: “Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay