Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabitliyin əsas şərti hər zaman demokratiyanın qorunub saxlanılmasıdır...

BMT yoxsulluqla mübarizə aparıldığı kimi, diktatura rejimlərinə qarşı da mübarizə aparmağa qərar verilməlidir...

Esfender Korkmaz

“Yeniçağ” qəzeti, Türkiyə, 13 may 2020-ci il

Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondu (UNDEF) vətəndaş cəmiyyəti təşkilatlarının demokratiya layihələrini maliyyələşdirir. Bu layihələrə aşağıdakılar daxildir:

- Gender bərabərliyi;

- Qanunun aliliyi və insan hüquqları;

- Gənclərin prosseslərdə iştirakı;

- Vətəndaş cəmiyyətinin hökumətlə qarşılıqlı əlaqəsinin gücləndirilməsi;

- KİV və məlumat azadlığı;

- Seçki prosesləri.

Lakin bu layihələrə dünyada “diktə ilə mübarizə və demokratiyanın qoruması layihəsi” daxil deyil.

Niyə BMT hələ də bu sahədəki layihələri maliyyələşdirir? Çünki dünyadakı despot hökumətlər ideologiyalar vasitəsilə xarici düşmənlər, daxili qarşıdurmalar və qorxu atmosferi yaradaraq xalqı susdurur və mütləq hakimiyyətə iqtidarlarını davam etdirirlər. Hələ bununla kifayətlənməyib, başqa ölkələrdə də terroru da dəstəkləyir və ya elə özləri terror təşkilatları yaradırlar. Suriya bir vaxtlar, faktiki olaraq PKK-ya dəstək verirdi. Sizcə, İran Hizbullahla, İnqilab Keşikçiləri və dini motivlərlə Yaxın Şərqdə cihad üçün tərəfdaşlıq edir? Əlbəttə ki, yox. Hizbullah və İnqilab Keşikçiləri mollaların gücü və iqtidarı üçün Suriyada, İraqda, Yəməndə mövcuddurlar. Əlbəttə ki, despot liderlərin bu addımları bütün bəşəriyyətə zərər verir.

Əgər Birləşmiş Millətlər Təşkilatı kifayət qədər effektiv olsaydı, informasiya əsrində heç bir diktator qalmazdı. Birləşmiş Millətlər Təşkilatı demokratiyanı həqiqətə uyğun şəkildə təsvir etməli və dünya diktatorlarını kənarlaşdırmalıdır. BMT yoxsulluqla mübarizə aparıldığı kimi, diktatura rejimlərinə qarşı da mübarizə aparmağa qərar verilməlidir. Bu, bir əsrlik hədəf olsa belə, sonucda ən azından gələcək nəsillər rahat olacaqlar.

BMT Təhlükəsizlik Şurasının strukturu və səlahiyyələri dəyişdirməlidir. Qərarlar ümumi məclisdə qəbul edilməli və veto hüququ ləğv edilməlidir. Çünki demokratiya Çin və Rusiya kimi qeyri-demokratik ölkələrin şəxsi mənafeyindən asılı olmamalıdır. Üstəlik, azad seçkilər olmadığı üçün diktatorlar da müvafiq ölkələrdə xalqı təmsil etmirlər.

Demokratiya olmayan yerdə, hətta qüsurlu demokratiyalarda belə, siyasi sabitlik olmur. Əslində, bunlarda heç siyasət də olmur. Qanun bizə icazə versə də, heç bir partiya seçki üçün xalqa müraciət edə bilmir. Partiyalarda liderin despotizmi varsa, deməli, siyasət də yoxdur.

İqtisadiyyata gəldikdə isə əslində, insan hüquqları və siyasi azadlıqları olmayan ölkələr elə inkişaf etməmiş ölkələrdir. “Fredoom House”un 2020-ci il hesabatlarına baxsaq görərik ki, adambaşına düşən minimum gəlirin 1000 dollardan aşağı olduğu 34 ölkədən yalnız 1-i azaddır.

Heç bir diktator hökumətində qanunun aliliyi təmin olunmayıb. Çünki qanunun danışığı yerdə diktatorlar danışa bilməzlər. Demokratiya və hüquq pozularsa, inam və investisiya mühiti də meydana gələ bilməz. Bundan əlavə, müasir dövrümüzdə inkişaf meyarlar dəyişib və buna demokratiya, insan hüquqları və siyasi azadlıqları da əlavə edilib.

Demokratiyaya əsaslanmayan inkişaf prosesi, həm davamlı deyil, həm də sosial rifahı təmin edə bilməz. Çünki sosial rifah inkişafla təmin olunur. Demokratiya olmadan diktatura rejimlərində qısa və ya orta müddətdə böyümə ola bilər. Lakin bütün resursların diktatorun və ya azlıqda olan bir qrupun əlində cəmləşməsi gəlir bölgüsünü pozur. Dövlətin sağlamlıq, təhsil və məşğulluq yaratmaq üçün ayıracağı qaynaqların avtokratiyanı dəstəkləyənlərə paylanması, həm gəlir bölgüsünü, həm də rifah göstəricilərini azaldır. Orta və uzunmüddətli dövrdə resurs istifadəsində səmərəlilik azalır. Resursların istifadəsində səmərəliliyin azalması artımı da azaldır.

Türkiyə siyasi və iqtisadi sabitlik baxımından çətin bir keçid prossesindədir. Siyasətdən danışanlar siyasi sabitlik üçün bir həll yolu göstərmirlər. Çevrilişdən, müharibədən danışa bilirlər. Mediada iqtisadçı kimi danışanların hamısı iqtisadiyyatdakı uğursuzluqdan danışırlar, səbəblərini sadalayırlar. Beləliklə, iqtisadiyyat maqazin xəbərlərinə çevrilib və xalq arasında populyarlaşıb. Amma kimsə bir həll yolu haqqında danışarkən heç diqqət çəkə bilmir. Sanki, millət öz taleyi ilə barışıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Ərəstun Oruclu: İranla müharibə olarsa, Demokratlar İsrailə dəstək versələr də, verməsələr də seçkiləri uduzacaqlar...

ŞOK! Annalena Berbok bu afrikalı kişidən intim xidmət alıb: Pul qarşılığında...

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - Yenilənib

Birinci Qarabağ müharibəsinin şəhidi Surxay Məmmədov Daşkəsəndə dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay