Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabiq baş nazirə 7 il həbs cəzası verildi

Pakistanın sabiq baş naziri Nəvaz Şərif korrupsiya ilə bağlı cinayət işi çərçivəsində 7 il həbs cəzasına məhkum olunub

Modern.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 24-də keçirilən məhkəmə dinləmələri zamanı çirkli pulların yuyulması və korrupsiya ilə bağlı “Al-Azizia” polad kombinatı və “Flagship Investment” investisiya kompaniyalarında yol verilən cinayət işlərinə baxılıb. İslamabad məhkəməsi sabiq baş nazirə birinci ittihama görə 7 il həbs cəzası, həmçinin 2,5 milyon dollar cərimə kəsib. Nəvaz Şərif ikinci ittihamdan bəraət alıb.

Ümumilikdə isə sabiq baş nazirə korrupsiya barədə 3 cinayət işi üzrə ittiham irəli sürülüb. 2018-ci ilin iyulunda baş tutan birinci məhkəmə işində o, 10 il azadlıqdan məhrum edilmiş, 8 milyon dollar həcmində cərimələnmişdi.

Xatırladaq ki, Pakistan hökumətinə üç dəfə (1990-1993, 1997-1999 və 2013-2017-ci illər) rəhbərlik edən Nəvaz Şərif 2017-ci ilin iyul ayında ölkənin Ali məhkəməsi tərəfindən vəzifədən kənarlaşdırılmışdı. Onun barəsində təhqiqat “Panama arxivində” dərc olunan materiallardan sonra başlamışdı. Materiallarda Nəvaz Şərifin övladlarının pul vəsaitinin köçürülməsi və xarici aktivlərin satın alınması üçün istifadə edilən bir neçə ofşor kompaniyalarla əlaqəsindən bəhs edilirdi.

pia.az


Etiket: Pakistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar