Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın probleminə və yükünə çevrilən Putin... - Onu kim əvəzləyəcək?

Bəzi iddilara, hətta komploteoriyalara görə Putin 2023-cü ildə hakimiyyətdə olmayacaq...

Siyasi-şərhçi: “Rusiyanın bir dövlət olaraq imic dəyişikliyinə ehtiyacı var və bu ehtiyac qarşılanmalıdır. Bu o demək deyil ki, Rusiyanın siyasəti köklü şəkildə dəyişə bilər”.

“Ola bilsin ki, bu adam Nikolay Patruşev olsun, ya da FSB-nin direktoru Aleksandr Bortnikov olsun. Ya da bizim heç tanımadığımız biri də ola bilər. 1999-cu ildə də Putini demək olar ki, heç kim tanımırdı”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiya Təhlükəslik Şurasının katibi Nikolay Patruşevin Putinin yerinə gətirilməsi ilə bağlı xəbərləri PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar, xüsusən Ukraynada müharibə başlayandan sonra Rusiya Təhlükəslik Şurasının katibi Nikolay Patruşev önə çıxarılır, hətta onun Putinin yerinə gətirilməsi ilə bağlı iddialar irəli sürülür. Bununla yanaşı Putinin Patruşevə hamıdan çox inandığı da söylənilir. Həmçinin bəzi iddilara, hətta komploteoriyalara görə Putin 2023-cü ildə hakimiyyətdə olmayacaq və bununla bağlı bir çox versiyalar da səsləndirirlir.

Putindən sonrakı dönəmdə Rusiyada demokratikləşmə prosesi başladıla bilərmi, yoxsa onu Təhlükəsizlik Xidmətindən olan birinin əvəz edəcək və Putinin yürütdüyü siyasət davam etdiriləcək?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq təhlükəsizlik xidməti zabiti, hazırda ABŞ-da yaşayan “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri , politoloq Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Çox böyük ehtimalla rus siyasi elitası Putini əvəzləməyi zəruri hesab edir. Lakin bunu müharibənin gedişində, yoxsa müharibədən sonra edəcəkləri barədə heç bir fikir yoxdur. Bəlkə də onlar özləri də bu sualın cavabını bilmirlər”.

Rusiyada hakimiyyətin ötürülmə prosesinin başlıca məqsədinin bütün halalrda KQB mənşəli komandanı qoruyub saxlamaq olduğunu düşünən siyasi-şərhçi PİA.az-a bildirib ki, hazırkı proseslərdə bu açıq görünür. Çünki güc baxımından KQB mənşəli komandanın rəqibi ordudur. Hazırda isə Ukrayna müharibəsi fonunda ordunun nüfuzu kəskin azaldığı üçün proseslər KQB mənşəli komandanın maraqlarına uyğun inkişaf edə bilər və təbii ki, ordu generaliteti bundan qəzəblidir:

“Putinin yaxın aylarda, ya da elə gələn ilin əvvəlində hakimiyyətdən kənarlaşdırılması ilə bağlı söz-söhbətlər çoxdan var. Bununla bağlı da müxtəlif versiyalar ortaya atılır. Böyük ehtimalla Rusiyada artıq Putinin hakimiyyədən kənarlaşdırılması ilə bağlı düşünnənlər var və bu üzdən də müxtəlif versiyaların da olması təbiidir. Amma bu versiyaların hansının komploteoriya, hansının doğru olduğunu söyləmək hazırda mümkün deyil. Ümumiyyətlə Rusiya ilə bağlı, bu nəhəng dövlətin gələcəyi ilə bağlı vəziyyət hələ aydın deyil.

Məsələ burasındadır ki, əslində bu gün Rusiyanı idarə edən KQB mənşəli komandadır. Patruşev, indiki FSB direktoru Bortnikov, xarici kəşfiyyatın direktoru Narışkin, “Rostneft”in rəhbəri İqor Seçin bu komandadandırlar. Tamamilə mümkündür ki, bu komanda indi öz hakimiyyətini, komanda hakimiyyətini xilas etmək üçün Putini əvəzləməyi düşünürlər. Çünki Putin artıq nüfuzdan düşüb. Putin Ukrayna müharibəsinin müəllifi olaraq dünyada hərbi cinayətkar kimi qəbul olunur. Bu isə təbii ki, Rusiyanın gələcəyi üçün yaxşı heç bir şey vəd etmir. Ona görə Rusiyanın bir dövlət olaraq imic dəyişikliyinə ehtiyacı var və bu ehtiyac qarşılanmalıdır. Bu o demək deyil ki, Rusiyanın siyasəti köklü şəkildə dəyişə bilər. Sadəcə hazırda bir nömrəli məsələ Ukrayna müharibəsinin nisbətən Rusiyanın maraqlarına cavab verə biləcək bir şəkildə bitirməyə, ya da dondurmağa zəruri ehtiyac var. Məhz bundan sonra Rusiyanın yeni imici haqda danışmaq, ya da hansısa addımlar atmaq olar.

Çox böyük ehtimalla rus siyasi elitası Putini əvəzləməyi zəruri hesab edir. Lakin bunu müharibənin gedişində, yoxsa müharibədən sonra edəcəkləri barədə heç bir fikir yoxdur. Bəlkə də onlar özləri də bu sualın cavabını bilmirlər. Ona görə də hər şey hadisələrin inkişafından asılı olacaq.

Ərəstun Oruclu: “Rusiya generaliteti hazırda özlərini qurban verilmiş “keçi” kimi hiss edirlər. Buna görə də KQB mənşəli komandanın bir nömrəli məsələsi ilk növbədə hakimiyyəti generalalrdan qorumaq olacaq”.

İlk hədəf isə təbii ki, Rusiyaya tətbiq edilən sanksiyaları yumşaldılması olmalıdır. Bunun Putinlə baş verməyəcəyini də KQB komandası da yaxşı bilr. Bütün halalrda artıq Rusiyanın bir dövlət olaraq Putinlə yoluna davam etməsi mümkün görünmür. Hazırkı keçid dönəmidə Putini kimin əvəz edəcəyi isə elə də ciddi əhəmiyyət daşımır. Ola bilsin ki, bu adam Nikolay Patruşev olsun, ya da FSB-nin direktoru Aleksandr Bortnikov olsun. Ya da bizim heç tanımadığımız biri də ola bilər. 1999-cu ildə də Putini demək olar ki, heç kim tanımırdı. Amma Patruşevin hakimiyyətə gətirilməsini də istisna etmirəm.

Başqa bir variant da mümkündür ki, onlar məhz Patruşevin adını ortaya atmaqla Putini qorumaq məqsədi güdürlər. Çünki Patruşev əslində daha sərt və radikal xəttin təmsilçisi, tərəfdarı kimi tanınır. Bu baxımdan mümkündür ki, burada ikinci variant mümkün olsun. Yəni Patruşev hakimiyyətə gələrsə, bu Rusiya üçün daha pis ola bilər və Qərblə qarşıdurma yumşalma prosesinə girməyə bilər. Mən bu iki variantların heç birini istisna etmirəm.

Başlıca məqsəd KQB mənşəli komandanı Rusiyanın hakimiyyət zirvəsində qoruyub saxlamaqdır. Bu açıq görünür. Güc baxımından KQB mənşəli komandanın rəqibi ordudur. Hazırda isə Ukrayna müharibəsi fonunda ordunun nüfuzu kəskin azaldığı üçün proseslər KQB mənşəli komandanın maraqlarına uyğun inkişaf edə bilər. Təbii ki, ordu generaliteti bundan qəzəblidir. Onlar hazırda özlərini qurban verilmiş “keçi” kimi hiss edirlər. Buna görə də KQB mənşəli komandanın bir nömrəli məsələsi ilk növbədə hakimiyyəti generalalrdan qorumaq olacaq. Hesab edirəm ki, yaxın aylarda bütün proseslər bunun ətrafında baş verəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ən çox oxunanalar