Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Regionda çox böyük müharibə təhlükəsi mövcuddur” - Politoloq

Fars körfəzi və Hörmüz boğazı ətrafında problemin müharibəsiz həll yolu varmı?..

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “Fars körfəzi və Hörmüz boğazı ətrafında vəziyyət getdikcə gərginləşməkdədir”.

“Hələlik dialoq tərəfdarları ilə müharibə tərəfdarları arasında məsələlər birmənalı aydın olmadığı üçün gələcək prespektivdə hadisənin hansı yönə inkişaf edəcəyini demək çətindir”.

Bu sözləri Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Fars körfəzi və Hörmüz boğazı ətrafında yaranan son vziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Son dövrlər Qərblə İran arasındakı gərginlik özünün tarixi maksimumuna çatıb. Belə görünür ki, hər iki tərəf bir-birini müharibəyə itələyir. Böyük Britaniya hökumətinin, Fars körfəzində tankerlərə hücumda İslam İnqilabı Keşikçiləri Korpusunu ittiham etməsi isə, vəziyyəti daha da kəskinləşdirib.

Ötən ay Oman körfəzindən keçən Norveç və Yaponiya tankerləri də hücuma məruz qalmışdı. Bundan sonra İran həmin rayon yaxınlığından keçən Amerikanın pilotsuz uçuş aparatını vurdu.

ABŞ bəyan edir ki, baş verən hadisələrdə İranın əli var. Bütün bu insidentləri yalnız bir şey birləşdirir: Onların hamısı Fars körfəziylə Omanı birləşdirən dar su yolu olan Hörmüz boğazında baş verir.

İranın Britaniya tankerini həbs etməsindən sonra isə ABŞ Yaxın Şərqdə dəniz yollarının təhlükəsizliyin təmini üçün “Gözətçi” adlanacaq hərbi əməliyyat hazırlayır. Bu məlumatı ABŞ Mərkəzi Komandalığı (CENTCOM) yayıb.

CENTCOM bu əməliyyatı Fars körfəzində bir müddət öncə baş verən hadisələr fonunda başlatdığını vurğulayıb. Əməliyyatın əsas hədəfinin Ərəb körfəzi, Hörmüz boğazı, Bab əl Məndəb boğazı, Oman körfəzi boyunca bütün beynəlxalq sularda təhlükəsizliyin təmini və gərginliyin azaldılması olduğu bildirilib. CENTCOM bütün fəaliyyətlərini ABŞ-ın müttəfiqləri ilə koordinasiya edəcəyini bəyan edib.

Bəzilərinə görə bu əslində müharibənin başlaması demək olacaq.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “ABŞ-ın rəhbərliyində olan ağlıbaşında adamlar, eyni zamanda İranda da sülh tərəfdarı olan insanlar bu yöndə ciddi fəaliyyət göstərməlidirlər ki, gələcəkdə bütövlükdə regionda yandırıla biləcək müharibədən sovuşa bilsinlər”.

Hərbi gəmilərin bu boğazlarda artması ilə İranın neft tankerlərinin hərəkətinə böyük məhdudiyyət yaradacağını düşünən politoloq lavə edib ki, bu da İran iqtisadiyyatına çox ciddi zərbə anlamına gəlir. Ayrıca ABŞ və müttəfiqlərinin hərbi gəmilərini İrana bu səviyyədə yaxınlaşması, xüsusilə də Hörmüz boğazı əhatəsində üzməsi təbii ki, İran dövləti üçün böyük hərbi təhlükə yaradır:

“Həqiqətən də Fars körfəzi və Hörmüz boğazı ətrafında vəziyyət getdikcə gərginləşməkdədir. Xüsusilə də Böyük Britaniyanın İrana məxsus neft tankerini həbs etməsindən bu məsələ daha da alovlanmağa başladı. İran əvvəlcədən bəyan etmişdi ki, əgər İngiltərə İrana məxsus neft tankerini buraxarsa, bu bütün tərəflərin mənafeyinə uyğun bir davranış olacaq. Amma İranın bu dedikləri ciddi qəbul olunmadı və gözlənilirdi ki, İran buna adekvat addım atacaq. Əslində İranın adekvat cavabı nə ABŞ, nə də onun müttəfiqləri olan ölkələr üçün təəccüblü vəziyyət deyildi. Çünki İran cavab verəcəyi ilə bağlı birmənalı olaraq bəyanat vermişdi.

Hesab edirəm ki, belə bir vəziyyətin yaranması əvvəlcədən düşünülmüş şəkildə təşkil olunub. Çünki İranın Böyük Britaniyaya məxsus gəmilərin saxlanılması hadisəsindən sonra artıq ABŞ öz müttəfiqləri ilə hərəkətə keçdi və gəmilərin sərbəst müşayiətinin təmin olunması məqsədi ilə hərbi döyüş gəmilərinin onları bilavasitə izləməsi qərarı bilirəm ki, əvvəlcədən düşünülmüş qərardır. Belə bir vəziyyətin yaranması dolayısı ilə təkcə gəmilərin sərbəst şəkildə üzməsini deyil, həm də İranın imkanlarını həmin boğazlarda, regionda məhdudlaşdıracaq.

Natiq Miri: “Əslində İranın adekvat cavabı nə ABŞ, nə də onun müttəfiqləri olan ölkələr üçün təəccüblü vəziyyət deyildi. Çünki İran cavab verəcəyi ilə bağlı birmənalı olaraq bəyanat vermişdi”.

Həmçinin hərbi gəmilərin bu boğazlarda artması İranın neft tankerlərinin hərəkətinə böyük məhdudiyyət yaradacaq ki, bu da İran iqtisadiyyatına çox ciddi zərbə anlamına gəlir. Ayrıca ABŞ və müttəfiqlərinin hərbi gəmilərini İrana bu səviyyədə yaxınlaşması, xüsusilə də Hörmüz boğazı əhatəsində üzməsi təbii ki, İran dövləti üçün böyük hərbi təhlükə yaradır. Düşünəm ki, bu vəziyyətin yaranması yeni hərbi təxribatlara yol aça bilər ki, bu da indiki gərgin vəziyyətdə kiçik bir qığılcımın böyük bir yanğına səbəb ola biləcəyi ehtimalını artırır.

Bəllidir ki, ABŞ-ın prezidenti Donald Tramp İranla müharibədə maraqlı deyil. Tramp bunun nəticələrinin çox pis olacağını, həmçinin iqtisadi-maliyyə nöqteyi nəzərindən də nəticələrinin ABŞ üçün heç də arzuolunmaz bir vəziyyət olacağını anlayır. Hmçinin bu uzun müddətlik müharibə olacaq ki, bu da növbəti prezident seçkilərində Trampın seçilib-seçilməməsi məsələsini ciddi şəkildə sual altına qoyacaq.

Amma buna rəğmən bu gün İranı cəzalandırmaq istəyən bir çox region ölkələri mövcuddur. Bunların başında ABŞ-ın strateji müttəfiqi İsrail gəlir. Bu gün İsraillə əməkdaşlıqda olan bəzi körfəz ölkələri, yəni Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr var ki, onlar da İranın hərbi cəhətdən cəzalandırılmasını ə bütövlükdə zərəzsizləşdirməsini istəyirlər. Buna görə də regionda təkcə ABŞ-dan gələ biləcək təhlükələr deyil, hər hansı bir suni surətdə yaradılmış hərbi təxribat hadisələri də törədilə bilər ki, bunlar da yanğın üçün bir qığılcım rolunu oynaya bilər.

Natiq Miri: “ABŞ-dakı bəzi müharibə tərəfdarları İrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunmasını istəmirlər”.

Yəni bu gün belə bir təhlükə mövcuddur. Bunun qarşısın almaq üçün mütləq mənada ABŞ-la İran arasında dialoqa başlamaq lazımdır. Artıq ABŞ tərəfindən bu cür fikirlər səsləndirilməkdədir. Buna qarşılıq İran da dialoqa açıq olduğunu bildirib. Amma bir şərtlə ki, İrana tətbiq olunan sanksiyalar məsələsi tamamilə aradan qaldırılsın. Məhz ortada dialoqun qarşısını alan vəziyyət də bu situasiyadır. Çünki ABŞ-dakı bəzi müharibə tərəfdarları bu sanksiyaların ləğv olunmasını istəmirlər. Onlar düşünürlər ki, sanksiya yolu ilə İranı, İran iqtisadiyyatını çökdürmək mümkün olacaq və bu konteksdə müəyyən sosial etirazlar başladılarsa, bu İran dövlətini zəiflədə bilər.

Hələlik dialoq tərəfdarları ilə müharibə tərəfdarları arasında birmənalı məsələlər aydın olmadığı üçün gələcək prespektivdə hadisənin hansı yönə inkişaf edəcəyini demək çətindir. Amma hər bir halda demək lazımdır ki, regionda çox böyük müharibə təhlükəsi mövcuddur və ABŞ-ın rəhbərliyində olan ağlıbaşında adamlar, eyni zamanda İranda da sülh tərəfdarı olan insanlar bu yöndə ciddi fəaliyyət göstərməlidirlər ki, gələcəkdə bütövlükdə regionda yandırıla biləcək müharibədən sovuşa bilsinlər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar