Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: "Qəbələ" asanlıqla qol buraxan komanda deyil"

"Qəbələ" asanlıqla qol buraxan komanda deyil".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, rəqib hücumda oynamağı daha çox xoşlayır: "Son vaxtlar yüksəlişdədirlər. Açığı, belə hesab gözləmirdik. Hər qol komanda üçün inam verir. Heç vaxt hesab barədə düşünmürük. Bizim üçün 90 dəqiqə oyun intizamını qoruyub-saxlamaq vacibdir. Belə olan halda qapında qol görmürsən. Əksinə, rəqib üzərində təzyiq yaradırsan".

O, aktiv və aqressiv komandaya qarşı oynadıqlarını söyləyib: "Sona kimi mübarizə getdi. İlk hissənin ortalarına qədər oyuna istədiyimiz kimi nəzarət edə bilmirdik. Get-gedə vəziyyəti ələ ala bildik. Xeyli sayda qol epizodlarımız oldu. Futbolçular oyundan qopmadılar. Bizim üçün çox faydalı görüş oldu".

Təcrübəli məşqçi hələlik komandanı tərk edəcək futbolçuların bəlli olmadığını vurğulayıb: "Çünki bütün fikrimizi çempionata yönəltmişik. Bu barədə düşünməmişik. Amma danışıq apardığımız oyunçular var".

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov deyib ki, gələn ildən çempionatda Premyer Liqa klublarının minifutbol kollektivləri iştirak edə bilərlər. O.Məmmədovun fikirlərinə münasibət bildirən Qurbanov bunun maraqlı təklif olduğunu əlavə edib: "Orxan müəllim son vaxtlar Azərbaycan futbolunda qeyri-adi fikirlər irəli sürür. Sanki, futbolu sevdirmək üçün gözəl addımlar atır. Bu təklif də mənim üçün maraqlı oldu. İmkanım olsa, özüm də oynayaram. Amma hər bir halda, proqram tam hazır olduqdan sonra tam müzakirə etmək olar. Ümumilikdə maraqlı təklifdir. Bir neçə oyuna baxmışam. Hətta minifutbol yığmamız Avropa çempionu olanda bir neçə matçlarını izlədim. Çox böyük ajiotaj var idi. Bu cür turnirlər, oyunlar futbola marağı daha da artırır. Mən "yox" demərəm. İmkanım, gücüm olsa, özüm də oynayaram".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən

Rusiya öz torpağında yıxıldı - Ukrayna Kursku necə ələ keçirib?

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar    

Ən çox oxunanalar