Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: “Əfsuslar olsun ki, bizim dövrdə belə şərait yox idi” - Foto

Bu gün daha bir “Sağlam məhəllə” idman zonası “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun doğulub boya-başa çatdığı Zaqatalada istifadəyə verilib.

“Bizim.Media” xəbər verir ki, burada minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Yeni məhəllənin açılışı münasibəti ilə Qurban Qurbanov təəssüratlarını bölüşüb:

“Bu həyəti görəndə öz uşaqlığım yadıma düşdü. Əfsuslar olsun ki, bizim dövrdə belə şərait yox idi. Həyətdə sadəcə daşlı-kəsəkli, tozlu boş sahələr vardı. Orda biz həmişə idman edirdik, dayanmadan, yorulmadan. Bu həyəti görəndə çox sevindim. Uşaqlar və gənclər üçün belə bir şərait yaradılıb.
Bu yaxşıdır ki, uşaqları, gəncləri idmana cəlb edirlər. Bunun üçün də onlar fürsətdən yararlanıb öz üzərlərində işləməlidirlər ki, gələcəyin idmançıları olsunlar”.

Daha sonra “Ocaq Sport” klubunun gimnastları, Zaqatalanın qızlardan ibarət futbol və basketbol komandalarının idmançıları uşaqlara master-klass keçib, müxtəlif idman hərəkətləri öyrədiblər.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Ən çox oxunanalar