Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quranın yandırılmasını və Ərdoğanın təhqir edilməsini Rusiya təşkil edib - KİV

Rusiya agentlərinə Türkiyə bayrağının yandırıldığı və Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlərin əks olunduğu videoçarx çəkib yaymaq təklif olunur...

Rusiya xüsusi xidmət orqanları digər ölkələrin siyasətinə təsir etmək üçün Avropa ölkələrində saxta mitinqlər keçirir.

Poliqon xəbər verir ki, bu barədə İsveçin SVT nəşrinin jurnalist araşdırmasında deyilir.

Jurnalistlər hesab edir ki, rusları yanvar ayında Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın açıq şəkildə yandırılması hadisəsindən ilhamlanıb və bu səbəbdən Ankara hələ də İsveçin NATO-ya üzvlüyünə razılıq verməyib.

Nəşr iddia edir ki, onun sərəncamında Rusiya xüsusi xidmət orqanlarının Avropadakı agentləri üçün tərtib etdiyi təlimat var. Sənəddə misal olaraq Quranın yandırılması epizodu göstərilir və Aİ ölkələri ilə Türkiyə arasında münaqişələri qızışdırmaq üçün Avropa ölkələrindəki yerli sakinlərdən və miqrantlardan istifadə edilməsi təklif edilir.

Xüsusilə də Rusiya agentlərinə Türkiyə bayrağının yandırıldığı və Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqirlərin əks olunduğu videoçarx çəkib yaymaq təklif olunur. Məqsəd bu təxribatların mətbuatda işıqlandırılmasına nail olmaqdır.

Bundan əlavə, jurnalistlərə daxil olan sənədlərdə rusların martın 5-də Parisdə həyata keçirdikləri belə hərəkətlərdən biri haqqında reportaj var. Daha sonra təxribatçılar Fransanın pensiya islahatına qarşı etiraz aksiyalarından istifadə edərək, gənclərin Ukrayna bayrağı və Türkiyə prezidentinin ünvanına təhqirlər əks etdirən videolar çəkiblər.

Bundan əlavə, nəşr iştirakçıların Aİ, NATO və Ukraynanı tənqid etdiyi açıq-aydın səhnələşdirilmiş mitinqlərin 10 epizodunu tapdığını iddia edir. Və bu, yalnız son altı aydadır.

Qeyd edək ki, yanvar ayında ifrat sağçı isveçli fəal Rasmus Paludan və tərəfdarları Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı şəkildə yandırmışdılar. Bu, Türkiyə ilə İsveç arasında böyük qalmaqala səbəb olmuşdu.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

Fazil Mustafa: Xameneyinin Paşinyanla Ermənistanın general-qubernatoru kimi danışması sevindiricidir...

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Şahin İsmayılov Ramiz Mehdiyevə necə xəyanət etdi? -Faktlar

Ən çox oxunanalar