Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qulağınızın dibini görərsiniz” – Rusiyalı ekspert ermənilərin "payını" verdi

Ermənistanın siyası rəhbərliyi hər vəchlə Qarabağ münaqişəsinə regiondakı maraqlı oyunşuları, xüsusilə Rusiyanı cəlb etmək istəyir. Guya Türkiyə Ordusunun hərbi əməliyyatlarda iştirakı barədə iddialar, Ermənistan ərazisindən Azərbaycanın münaqişə ocağından xeyli aralıda yerləşən şəhər və rayonlarını, mülki əhalini hədəfə alması, bununla Bakını İrəvana cavab zərbələri endirməyə təhrik etməyə çalışması və digər bu kimi təxribatçı addımlar məhz Rusiyanı münaqişəyə cəlb etmək məqsədi daşıyır.

Erməni lobbi qrupları və xarici ölkələrdəki diaspor nümayəndələri İrəvanın bu niyyətini açıq mətnlə bəyan edirlər. Rusiya Prezidenti Vladimir Putinin “Müharibə Azərbaycan ərazisində gedir” deməklə Kremlin baş verənlərə müdaxilə etməyəcəyinə işarə vurmasından sonra bu çağırışlar daha da intensivləşib. Artıq Rusiya ictimaiyyətindən də Ermənistanın bu müstəsna həyasızlığına etirazlar gəlməyə başlayıb.

Məsələn, rusiyalı tanınmış jurnalist, “Milli müdafiə” dərgisinin baş redaktoru, eyni zamanda hərbi ekspert olan İqor Korotçenko erməni lobbisi və diaspora nümayəndələrinin bu çağırışlarına sərt cavab verib.

“Erməni lobbisinin “Putin, Qarabağa ordu yerit” bağıran nümayəndləri əvvəlcə öz oğullarını Dağlıq Qarabağdakı cəbhə zonasına göndərsinlər, qoy döyüşsünlər! Yoxsa ki, onların oğulları ABŞ-da yerləşməli, rus əsgəri isə Paşinyanın hərbi yarıtmazlığına görə ölməlidir. Qulağınızın dibini görərsiniz!”, - deyə rusiyalı jurnalist “Twitter” hesabında yazıb.(yenisabah)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay