Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubadlı və Laçın uğrunda döyüşlərin qəhrəmanına çevrilən şəhidimiz

Qırx dörd günlük Vətən Müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Cəfərov Araz Səmədağa oğludur.

Araz Cəfərov 1993-cü ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub.

O, orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini uğurla başa vurduqdan sonra da həyatını hərbi sahəyə bağlayıb - ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) kimi xidmət edib.

Araz Cəfərov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Bir sıra əməliyyatlarda iştirak edib.

Araz dəfələrlə ağır döyüşlərdə şəxsi fədakarlıqlar göstərərək cəsurluğu ilə seçilib. O, Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Araz Cəfərovun nəşi 1 ay sonra tapılaraq Cəlilabad rayonuna gətirilib və doğulduğu kənd qəbiristanlığında dəfn edilib.

Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidimiz ailəli idi. Bir qızı və bir oğlu yadigar qalıb.

Allah rəhmət eləsin! (ölkə.az)

pia.az 


Etiket: Şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar