Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qırmızı Xaç azərbaycanlı əsirlərin ölümünə necə göz yumdu? - Foto, Videofakt

Qırmızı Xaçın nümayəndələri əsirlərimizi yoxlamağa gələndə onların üzlərinə belə baxmayıblar...

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycana gəlməsi Qarabağ müharibəsinin ilkin illərinə təsadüf edir. Bakıda ofis açan bu təşkilat ilk günlərdən müharibə edən iki dövlət arasında olan əsir və itkin düşmüş, girovluqda olan şəxslərin səhhəti və geri qaytarılması ilə məşğul olmağa başlamışdı. Etiraf edirəm, köməklik də ediblər. Amma bu kömək tam idimi?”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tarixçi alim, dosent Zaur Əliyev deyib.

Alim Qırmızı Xaçın ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə göz yumması ilə bağlı faktları da təqdim edib:

“1994-cü ildə Qırmızı Xaç bölgədə sənədli film hazırlayıb. Kadrlarda, əsasən, erməni əsirliyində olan yaşlı qadınlar və uşaqları çəkiblər. Əsir və girovluqda olan kişilər barədə heç bir kadr yoxdur. Bunu bilərəkdən edən komitə əməkdaşları niyə o illərdə əsir və girovluqda olan mülki və hərbi şəxslərin (kişilərin) kadrlarını çəkməmişdilər?

Çünki səbəb bəlli idi, ermənilərə təzyiq edib bu şəxsləri geri almaq maraqlarının olmaması, bəlkə də, bu yöndə tapşırıqlarının olması idi. Kadrlara fikir verin. Maşınların belində aparılanlar, binaların qarşısında duranlar, otaqlarda olanlar və yerdə oturanlar hamısı əsirlikdə olanlardır. Qırmızı Xaç bunların hamısını geri qaytardımı? Xeyr.

Kadrlarda görünən xanımlardan biri Gülcamal Quliyeva adlı azərbaycanlıdır. Kəlbəcərdə əsir düşüb. Hamilə idi. Onun işi yaralı azərbaycanlı əsirlərə xidmət etmək idi. Hamilə Gülcamal barəsində Qırmızı Xaç məlumatlı idi. Onun haqqında bir neçə əsir də məlumat verib ki, belə qadın var.

O qadın Arzu Hacıyev adlı uşaq dünyaya gətirir. Uşaq komitənin siyahısına düşür. Sonra uşaq Aida Serboryan adlı “həkim”in əlinə verilir və 2003-cü ilə qədər onun üzərində tibbi eksperimentlər aparılır. Nəticədə Arzu dünyasını dəyişir. Necə oldu, komitənin siyahıya aldığı uşaq belə tibbi işgəncələrə məruz qaldı? Yaxud bu kadrlarda olan uşaqların hamısının taleyi barədə məlumat niyə verilmir?”

Zaur Əliyev bildirib ki, Qırmızı Xaçın nümayəndələri əsirlərimizi yoxlamağa gələndə onların üzlərinə belə baxmayıblar:

“1992-ci ilin mart ayında soyuqda, açıq havada qəfəsdə saxlanılan Xocalı sakinlərini lüt və əlləri-ayaqları bağlı halda gördükdən sonra niyə onlara kömək etmədilər? Rusiyada 2017-ci ildə Qırmızı Xaç təşkilatının ofisi böyük miqdarda pul toplayıb Qarabağda işğalçı rejimə yardım edəndə niyə Bakı ofisi susdu?

1994-cü ildə əsirlikdə olan 23 azərbaycanlının hamısı Qırmızı Xaç cəmiyyətinin siyahısında yer alıbmış. Ona görə də ermənilər məcbur qalaraq öldürülən səkkiz nəfərin nəşlərini Azərbaycana təhvil verməli olmuşdular.
Onlar iddia edirdilər ki, sözügedən şəxslər guya qaçış zamanı öldürülüblər. Ancaq Böyük Britaniyanın Dandi Universitetinin patoloqu Derrik Paunder bu iddiaları təkzib edən faktları sadalayıb. O bildirib ki, öldürülənlərin üzərində işgəncə izləri var idi. Onların altısı birbaşa başlarından atəş açılaraq öldürülmüşdü. Öldürülən üç nəfərlə bağlı təkzibedilməz dəlillər isə ondan ibarət idi ki, tapançanın lüləsi onların başlarına dirəndikdən sonra atəş açılmışdı. Əsgərlərdən biri isə yaxın məsafədən sinəsinə atəş açılaraq öldürülmüşdü”.

Qırmızı Xaç Komitəsi bunu niyə beynəlxalq səviyyəyə qaldırmadı? Yüzlərlə azərbaycanlı əsirin orqanları çıxarılıb satıldı, komitə bilə-bilə niyə susdu?

“Hələ səkkiz il öncə Kəlbəcər işğalda olan zaman Zod yatağından onlara təqdim etdiyimiz əli elektron qandalı və burada işlədilən azərbaycanlı əsirlər barədə komitə heç bir araşdırma aparmadı. Halbuki, biz onların saxlandığı dəmir çənləri də göstərmişdik. Hətta İrəvanda boynunda zəncir dizi üstə saxlanılan azərbaycanlılar barədə türk sürücü müsahibə vermişdi, komitə niyə dərhal işə keçmədi?

Faciəli Daşaltı əməliyyatından sonra bir gündə dəfn edilən 90-dan çox azərbaycanlı hərbçinin meyitlərinin yerini bilən, üstlərindən çıxan sənədlər üzrə qeydiyyat aparan komitə niyə indiyə qədər, hətta bu gün ora azad olunmasına baxmayaraq, siyahını təqdim etmir? Basdırıldıqları yeri göstərmir?

Çox sual vermək olar, səbəbini qısa bir faktla ifadə edəcəyəm. 2016-cı ildə Avstriyada komitənin nümayəndəliyinin belə qərarı olmuşdu: donor kimi türk və müsəlmanlardan qan almayın, bu qan guya murdardır və xristianlara və yəhudilərə vurula bilməz.

Məncə, bu, komitənin tam iç üzünü göstərir və Ermənistandan bu komitənin maşınları içərisində Qarabağa qanunsuz malların aparılması onu sübut edir ki, bu təşkilatın məqsədi vasitəçi və yardımçı olmaq deyil, müsəlmanlara qarşı xristian erməniləri dəstəkləmək və səlib yürüşünün müasir formasını həyata keçirməkdir...”

Poliqon.info


Etiket: Qırmızı Xaç


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay