Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaxda daha iki ailənin üzvləri göbələkdən zəhərləndi

Qax rayonunda daha iki ailənin altı üzvü göbələkdən zəhərlənib. Belə ki, ötən gün axşam saatlarında rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri, 1966-cı il təvəllüdlü Məlik Məsim oğlu Şıxamirov və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Pəri Qurban qızı Şıxamirova, ailənin gəlini 1996-cı il təvəllüdlü İlhamə Şıxamirova və ailənin övladı 2005-ci il təvəllüdlü Mehri Məlik qızı Şıxamirova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Müayinə zamanı Şıxamirovlar ailəsinin göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. Hazırda Şıxamirovlar ailəsinin müalicəsi xəstəxanada davam edir.

Bundan əlavə, şəhər sakinləri olan Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da göbələk zəhərlənməsi ilə Qax RMX-a müraciət ediblər. Eldar Əfəndiyevin vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb və onun həyat yoldaşı Səyyarə Məmmədovanın müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, oktybarın 19-da Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənib. Hər iki uşaq sonradan vəfat edib. Hadisədən bir gün sonra Zaqatala rayonunda da 3 nəfər göbələkdən zəhərlənmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Tehran yenidən su bulandırır: Rusiya və İranın “Zəngəzur dəhlizi” qarşıdurması...

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay