Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qanuna dəyişiklik - İki min və dörd min manat rüsum tutulacaq

Tibb müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumu tutulacaq...

Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna 32.2 və 32.3-cü maddələrin əlavə olunması təklif edilir.

Ambulator xidmət göstərən tibb müəssisələrinə görə 2000 manat, stasionar xidmət göstərən tibb müəssisələri üçün 4000 manat rüsum nəzərdə tutulur.

Qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də qeyd olunub.

Sənəddə yazılıb ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulan rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilməsi təklif edilir.

Qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 4-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

"Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

Məşhur aktrisa "Kuruluş Osman"da çəkiləcək - Foto

Ən çox oxunanalar