Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Son vaxtlar Ermənistan Azərbaycanın mövqeyinə yaxınlaşıb...

Qərb və Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçilik uğrunda mübarizə aparmağa davam edir...

Zaur İbrahimli: “İlk növbədə qeyd edim ki, Rusiya, ABŞAvropa İttifaqının sözdə məqsədləri üst-üstə düşür”.

“Açıq hiss olunur ki, həm rəsmi Bakıya, həm də rəsmi İrəvana təzyiqlər var. Hələlik rəsmi Bakı və İrəvan ikitərəfli təmaslara başlamaqla bu təsirləri neytrallaşdırmağa çalışırlar”.

Bu sözləri politoloq Zaur İbrahimli Qərb və Rusiyanın Azərbaycanla Ermənistan arasında vasitəçilik uğrunda mübarizəsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, rəsmi Bakı ümumiyyətlə üçüncü ölkənin müdaxiləsini birmənalı qarşıdır, lakin Qərb və Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçilik uğrunda mübarizə aparmağa davam edir. Hətta demək olar ki, iki cəbhənin Cənubi Qafqazdakı geosiyasi savaşı məhz bu vasitəçilik uğrunda mübarizə üzərində qurulub.

Bəs, ABŞ, Aİ, Türkiyə və Rusiya Azərbaycanla Ermənistan arasında sülh sənədinin yekun variantı və imzalanması ilə bağlı razılığa gələ bilərlərmi? Əgər bu razılaşma olmazsa, bölgədə sülhə nail olmaq mümkündürmü?

AzərbaycanErmənistan arasındakı münasibətlərin indiki halını Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Biz ilk növbədə vasitəçilik və vasitəçilikdən istifadə edərək regiondakı proseslərə təsir etmək uğrunda açıq mübarizənin şahidi oluruq”.

Ermənistanın Avropa İttifaqının ikitərəfli razılaşmaların zəmanətçisi kimi çıxış edə biləcəyini hesab etdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu zaman əlbəttə Brüssel platformasının arxasında biz ABŞ-ın da maraqlarını görürük:

“İlk növbədə qeyd edim ki, Rusiya, ABŞAvropa İttifaqının sözdə məqsədləri üst-üstə düşür. Hər biri bəyan edir ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, eyni zamanda Azərbaycan-Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və regional kommunikasiyaların açılması ilə vahid iqtisadi məkanın yaradılması təşəbbüslərini dəstəkləyirlər. Lakin reallıqda biz fəqli mənzərə görürük. Bu ilk növbədə vasitəçilik və vasitəçilikdən istifadə edərək regiondakı proseslərə təsir etmək uğrunda açıq mübarizənin şahidi oluruq.

Açıq hiss olunur ki, həm rəsmi Bakıya, həm də rəsmi İrəvana təzyiqlər var. Hələlik rəsmi Bakı və İrəvan ikitərəfli təmaslara başlamaqla bu təsirləri neytrallaşdırmağa çalışırlar. Bildiyimiz kimi sərhədlərin delimitasiya üzrə komissiyaların toplantılarının mütəmadi keçirilməsi artıq yaxşı bir praktika kimi formalaşıb. Eyni zamanda ikitərəfli onlayn məsləhətləşmələr vasitəçilər olmadan davam edir.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh müqaviləsi ikitərəfli danışıqların yekunu kimi imzalanmalıdır. Sülh müqaviləsinin qarantı kimi məhz AzərbaycanErmənistanın iradəsi çıxış etməlidir. Biz Ermənistan tərəfinin nisbətən bu mövqedən yayındığını görürük. Onlar hesab edirlər ki, üçüncü bir tərəf də bu sənədə imza atmalıdır və bu tərəf əldə olunmuş razılaşmaların müəyyən qədər təminatçısı, zəmantçisi kimi çıxış etməlidir. Doğrudur, son vaxtlar Ermənistan Azərbaycanın mövqeyinə yaxınlaşıb. Lakin hələlik qəti mövqeləri açıqlanmayıb.

Zaur İbrahimli: “Tərəflər vasitəçi qismində və yaxud da danışıqlara ev sahibliyi edəcək qismində Gürcüstanı seçə bilərlər”.

Məlumdur ki, Ermənistan daha çox Brüssel platformasına üstünlük verirlər. Eyni zamanda hesab edirlər ki, Avropa İttifaqı ikitərəfli razılaşmaların zəmanətçisi kimi çıxış edə bilər. Bu zaman əlbəttə Brüssel platformasının arxasında biz ABŞ-ın da maraqlarını görürük. Rusiya isə əksinə məhz 10 noyabr bəyanatının analogiyası kimi hər hansısa bir sənəddə Moskvanın zəmanətçi olmasına çalışır. Bu da açıq şəkildə hiss olunur. Növbədə maraqlı tərəf Türkiyədir. Türkiyə və Azərbaycanın maraqları üst-üstə düşür. Türkiyə tezliklə dövlətlərarası sülhün imzalanmasına çalışır. Bu zaman Ermənistanla iqtisadi əməkdaşlıq bərpa olunacaq və bu Türkiyə üçün arzuolunan variantdır. Eyni zamanda bu Ermənistan üçün də arzuolunan variantdır. Əgər Ermənistan doğrudan da, dalan mövqeyindən çıxmaq istəyirsə, Türkiyə ilə əməkdaşlıq etməyə məcburdurlar.

Ermənistanın limiti tükənib və güman edirəm ki, yaxın üç ay həlledici olacaq. Əgər Ermənistan Azərbaycanın mövqeyi ilə yaxınlaşmasa və Azərbaycanla kompromis tapmasalar daha ağır şərtlərlə üz-üzə qalacaqlar. Söhbət Azərbaycandan getmir, söhbət xarici təsirlərdən gedir. Azərbaycanla sülh sazişi imzalamaq eyni zamanda Ermənistana özünü xarici təsirlərdən qorumaq imkanı da verir.

Guman edirəm ki, bu mərhələdə Gürcüstanın rolu qabara bilər. Tərəflər vasitəçi qismində və yaxud da danışıqlara ev sahibliyi edəcək qismində Gürcüstanı seçə bilərlər. Bu da uyğun variantlardan biridir. Hər bir halda hesab edirəm ki, AzərbaycanErmənistan bu məsələdə əvvəlkilərə baxanda nisbətən yaxınlaşıblar. Hiss olunur ki, əvvəlki qədər bu məsələlərdə ziddiyyətli davranış yoxdur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Ən çox oxunanalar