Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: "Milonov Azərbaycanla Rusiya arasında münasibətlərə kölgə salmağa çalışır"

Azərbaycan həmişə balanslaşdırılmış xarici siyasət yürüdür...

Rusiya Dövlət Dumasının deputatı Vitaliy Milonov Azərbaycanla Rusiya arasında münasibətlərə kölgə salmağa, bununla da erməniləri və ermənipərəst ünsürləri sevindirməyə çalışır.

Bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov Rusiya Dövlət Dumasının deputatı Vitaliy Milonovun açıqlamalarını şərh edərkən deyib.

O vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri yeni mərhələni yaşayır.

"Böhran zamanı məqbul həll yollarının tapılması üçün siyasi və iqtisadi elitaların, beyin mərkəzlərinin koordinasiyalı fəaliyyəti zəruridir. Bu kontekstdə dövlətlərarası münasibətlər çox böyük əhəmiyyət kəsb edir. Qafqazdakı burulğanı nəzərə alsaq, hazırda qeyri-adekvat vəziyyət yaranıb”, - deyə T.Abbasov vurğulayıb.

Politoloq bəyan edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır və bu, Rusiya üçün də önəmlidir.

"Bu kontekstdə BakıMoskva arasında dialoq qarşılıqlı etimad üzərində qurulub. Etibarlı mehriban qonşuluq münasibətləri ilə yanaşı, iki ölkəni tərəfdaşlıq və müttəfiqlik əlaqələri də birləşdirir. Bundan əlavə, AzərbaycanRusiya xalqları bir-birini dəstəkləyir, rəğbət bəsləyir, Qafqazda ümumi ev tikirlər, Ermənistan və onun havadarları bunun qarşısını almaq üçün fəal şəkildə çalışırlar”, - T.Abbasov bildirib.

O əlavə edib ki, Azərbaycan həmişə balanslaşdırılmış xarici siyasət yürüdür və Rusiya ilə münasibətləri Qərb tərəfdaşlarına tərəf çevirmir.

"Azərbaycan Avropa İttifaqı ilə hazırlanan sənədlə yanaşı, Aİ-nin 9 ölkəsi ilə strateji əməkdaşlığa dair müqavilələr imzalayıb. Bu sazişlər ölkələrimizin ən mühüm fəaliyyət sahələrini əhatə edir. Digər tərəfdən, Azərbaycanın gözəl mehriban qonşuluq münasibətləri var. Rusiya ilə bu il fevralın 22-də 43 bənddən ibarət müttəfiqlik əməkdaşlığı haqqında sənəd imzalanıb. Ona görə də Azərbaycanın Rusiyaya qarşı Qərb vektorundan istifadə etməsi ilə bağlı bəyanatlarla Milonov sadəcə olaraq səriştəsizliyini nümayiş etdirərək özünü axmaq vəziyyətə salır”, - politoloq əlavə edib.

pia.az


Etiket: Tofiq Abbasov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Elxan Şahinoğlundan Ağdamın icra başçısına ismarıc...

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ən çox oxunanalar