Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran BMT-dən Beyruta hücuma görə İsraili məsuliyyətə cəlb etməyi tələb edib

İran BMT-nin baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiyaya məktub göndərərək İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbəni pisləməyi tələb edib...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi Rusiya Daimi Nümayəndəliyinə ünvanlanan məktuba əsasən məlumat yayıb.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) iyulun 30-da həyata keçirilən hücumun hədəfinin Hizbullah komandiri Fuad Şkur olduğunu və İDF-in iyulun 27-də Colan Təpələrinə hücuma görə məsuliyyət daşıdığını bildirib.

“Təhlükəsizlik Şurası bu cinayəti birmənalı və dərhal pisləməlidir. Təhlükəsizlik Şurası həmçinin bu cinayət əməlinə cavab olaraq təcili tədbirlər görməlidir ki, regional sülh və təhlükəsizliyə təhdid yaradan belə təcavüz bir daha təkrarlanmasın”, deyə TASS-ın sitat gətirdiyi məktubda deyilir.

Məktubda qeyd olunur ki, regionda sülh və sabitliyin bərpası yalnız “İsrail işğalı, təcavüzü və soyqırım cinayətləri”nin dərhal və tam dayandırılması ilə əldə edilə bilər. Sənəddə vurğulanır ki, İsrailin hücumu beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir.

Qeyd edək ki, bu gün, iyulun 31-də İDF Hizbullah komandiri Fuad Şkurun Beyruta endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb. Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, bu zərbə nəticəsində 3 nəfər ölüb, 74 nəfər yaralanıb.

Xatırladaq ki, iyulun 27-də Colan təpələrinin İsrailin nəzarətində olan hissələri güclü atəşə tutulub. Mərmilərdən biri uşaqların olduğu futbol meydançasına düşüb. İsrail ordusu 12 nəfərin ölümü ilə nəticələnən zərbələri Hizbullahın İran raketlərindən istifadə edərək həyata keçirdiyini iddia edib. Hərəkat özü hücumlarda iştirakını inkar edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

Ən çox oxunanalar