Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın dəyişən ritorikası - Ermənistanın baş naziri reytinqini qorumağa çalışır?..

Son hadisələrdən sonra Ermənistan liderinin ritorikası dəyişib. İndi o, Azərbaycana qarşı müxalifətdən də sərt bəyanatlar səsləndirir...

Politoloq: “Paşinyan bu mərhələdə Rusiyanın pis aqibətinə hazırlaşır. Mümkün vasitələrlə sülh prosesini ləngitməyə çalışır”.

“Qərbin sanksiyalarından çətin vəziyyətlə üzləşən Rusiya Türkiyə ilə münasibətləri normal saxlamaq, habelə, geosiyasi məsələlərdə Türkiyənin maraqlarını nəzərə alamaq məcburiyyətindədir. Bu isə Ermənistanda və İranda təşviş və narahatlığı artırır”.

Bu sözləri politoloq Nəsimi Məmmədli sərhəd gərginliyindən sonra Paşinyanın dəyişən ritorikasını PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar, xüsusən də son sərhəd gərginliyindən sonra Paşinyanın ritorikası kəskin şəkildə dəyişib. İndi o, Azərbaycana qarşı revanşist rusitameylli müxalifətdən də radikal bəyanatlar səsləndirir, eyni zamanda Rusiyaya qarşı da kəskin ittihamlar səsləndirməkdən çəkinmir, hətta Rusiyanı KTMT-dən çıxmaqla hədələyir. Azərbaycanla bağlı isə Ermənistanın Baş naziri artıq sülh prosesindən danışmır. Qeyd edək ki, Ermənistanın Baş nazirinin bu ritorikasə sərhəddə baş verən ağır döyüşlərdən sonra yaranıb və ehtimal etmək olar ki, Ermənistan tərəfinin ağır insan və ərazi itkiləri verməsi Paşinyanı hər şeydən əvvəl öz reytinqi barədə düşünməyə məcbur edir.

Son sərhəd gərginliyindən sonra Paşinyan ritorikasında yaranan bu dəyişikliyi necə dəyərləndirmək olar? Ermənistanın baş naziri reytinqini qorumağa çalışır, yoxsa Paşinyana ümid verən bir yerlərmi var?

Ermənistanın baş nazirinin dəyişən siyasi ritorikasını PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədli ilə müzakirə edib.

Nəsimi Məmmədli: “Paşinyan anlayır ki, Rusiyaya açıq arxa çevirərək hazırda regionda təhlükəsizliyi təmin etmək çətindir”.

Azərbaycanla sülh istiqamətində təşəbbüslərin Ermənistanda birmənalı qarşılanmadığını nəzərə çatdıran politoloq PİA.az-a bildirib ki, hazırda erməni siyasi elitasında revanşist ovqat daha da güclənib. Belə bir mühitdə Paşinyan danışıqlardan yayınmaq üçün vasitələr axtarır:

“Nikol Paşinyan Ermənistanın məğlubiyyəti ilə dayanan 44 günlük müharibədən sonra istefa verdi və yeni seçki təyin olundu. Ağır məğlubiyyətə baxmayaraq yenidən cəmiyyətin dəstəyini qazandı.
Seçkidən keçən müddət ərzində erməni müxalifəti Paşinyanı mütəmadi təzyiq altında saxlamağa nail oldu. O, öz proqram məqsədlərini və vədlərini əsasən yerinə yetirə bilmir. 53.9 faiz səslə qalib gələn Paşinyanın reytinqi müstəqil rəy sorğularında 35 faizədək enib. Reytinqi aşağı enən Paşinyan anlayır ki küçə və meydanlarda artan etirazlar onun iqtidarının sonunu gətirə bilər.

Eyni zamanda Paşinyan anlayır ki, Rusiya Ukrayna müharibəsində sərt beynəlxalq təcridlə üzləşib və zəifləyir. Qərbin sanksiyalarından çətin vəziyyətlə üzləşən Rusiya Türkiyə ilə münasibətləri normal saxlamaq, habelə, geosiyasi məsələlərdə Türkiyənin maraqlarını nəzərə alamaq məcburiyyətindədir. Bu isə Ermənistanda və İranda təşviş və narahatlığı artırır. Türkiyə-Azərbaycan ittifaqının həmlələrindən yayınmaq üçün Ermənistan alternativlər axtarır.

Nəsimi Məmmədli: “Artıq ABŞ Cənub Qafqazda Rusiya ilə açıq geosiyasi rəqabətə daxil olub”.

Azərbaycanla sülh istiqamətində təşəbbüslər Ermənistanda birmənalı qarşılanmır. Hətta revanşist ovqat daha da güclənib. Belə bir mühitdə Paşinyan danışıqlardan yayınmaq üçün vasitələr axtarır.
Azərbaycanın hərbi təzyiqlərini Rusiya və KTMT vasitəsilə neytrallaşdırmağın artıq real olmadığını analayır. Alternativ olaraq İranın və ABŞ-ın himayəsi ilə mövcud durumdan çıxmağa ümid edir. Artıq ABŞ Cənub Qafqazda Rusiya ilə açıq geosiyasi rəqabətə daxil olub. Rusiyanın üzləşdiyi durumdan yararlanaraq CQ-da möhkəmlənməyi hədəfləyir. Ermənistan da bu fürsətdən istifadə edərək ABŞ-ın maraqlarına xidmət edən davranış sərgiləyir.

Paşinyan bu mərhələdə Rusiyanın pis aqibətinə hazırlaşır. Mümkün vasitələrlə sülh prosesini ləngitməyə çalışır. ABŞ-ın regionda söz sahibi olmasına yardım etməklə həm hakimiyyətini möhkəmləndirmək, rusiyayönümlü müxalifətindən qurtulmaq, həm də Qarabağla bağlı təcavüzkar iddialarını sürdürmək ümidindədir. Bununla yanaşı anlayır ki, Rusiyaya açıq arxa çevirərək hazırda regionda təhlükəsizliyi təmin etmək çətindir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Ən çox oxunanalar